çərşənbə axşamı, 7 aprel 2020

2020-ci ilə təsir edə biləcək 15 əsas marketinq tendensiyaları

283

Yeni ilin başlaması ilə marketinq sənayesində yeni və ya köhnə meyllər yaranır və inkişaf edir. Əlbəttə baş verən dəyişiklər, bəlli ola bilər, amma onlar tez-tez gözdən qaçırılır. Tendensiyaların müəyyənləşdirilməsi şirkətin maraqlarına uyğundur, çünki bu əsas problemə diqqət yetirmək imkanı verir.

Forbes Agentliyinin İdarə Heyətinin 15 üzvi marketoloqları öncədən məlumatlandırmaq üçün 2020-ci ildə gözlənilən tendensiyalar haqqında proqnozlarını bir araya yığıblar.

1.Conversion marketing (dönüşüm marketinqi)

Adam Binder, Creative Click Media (ABŞ): Düşünürəm ki, 2020-ci il rəqəmsal marketinq üçün sənaye standartına çevriləcək dönüşüm marketinq ilidir. Dönüşüm marketinqi, cavab gözləmədən, müştərilərlə real vaxt rejimində qarşılıqlı əlaqə praktikasıdır. Bu xüsusilə telefon dəstəyi və söhbətdə müşahidə olunur. Amma 2020-ci ildə conversion marketing süni intellektin inkişafına doğru irəliləyəcək.

2. Səs axtarışı texnologiyalarının optimallaşdırılması. Chelimar Miranda, iHealthSpot Interactive (ABŞ): Səs axtarışı texnologiyaları artıq baş səhnədədir. İstifadəçilərin suallarını cavablandırmaq üçün Google köməkçisi, Siri, Alexa və Bixby səs köməkçilərindən istifadə edirlər. Hansı sənayedə olmağınızdan asılı olmayaraq, saytınızı 2020-ci ildə səs axtarışları üzrə optimallaşdırmaq çox vacib olacaq.

3. OTT reklamı. Mike Rowan, KPItarget (ABŞ): İnanıram ki, 2020-ci ildə OTT reklamının sürətlə böyüməyə başladığı il olacaq. OTT kampaniyalar televiziya kampaniyaları ilə müqayisədə daha çox ROİ təmin edəcək, bundan başqa 2020-ci ildə bu sahədə dramatik bir dəyişikliyin başlanğıcı olacaq.

4. Texnologiyaların inkişafı. Sara Bezd, Moz (ABŞ): Google BERT-in 2019-cu ilin sonunda yeniləməsi SEO mütəxəssislərinin təbii dil, neyron şəbəkələri və maşın öyrənmə texnologiyaları haqqında daha çox məlumat əldə etməsinə maraq oyatdı. BERT yeniləməsini optimallaşdıra bilməzsiniz, ancaq ən vacib suallara cavab vermək üçün məzmununuzun optimallaşdırıldığından əmin ola bilərsiniz.

5. Daha çox birbaşa əlaqə. Trevis Piters, Ranksharks Inc (ABŞ): Sənaye diqqətini müştərilər ilə birbaşa və şəxsi münasibətlərə yönləndirir. Mətn mesajlaşma platformaları kimi köhnə vasitələr yenilənir və müştərilərə sevimli markaları ilə axtardıqları şəxsi və birbaşa ünsiyyət təklif edir. Bunu 2020-ci ildə brendlər və agentliklər üçün inkişaf mərkəzi olaraq görürəm.

6. Tədqiqata dərin maraq Ketlin Lusente, Red Fan Communications (ABŞ): Ən yaxşı PR-çı bilir ki, müştərilər tədqiqata dayalı, kampaniyaları daha çox gözləyirlər. Amma keçmişdə onlar bahalı və vaxt aparan idi. Ancaq 2020-ci ildə ortaya məzmun müəllifləri ilə birlikdə, Aİ-dən effektiv şəkildə istifadə etməklə, tədqiqata dayalı kampaniyalar qoyacaqlar.

7. Facebookda reklama daha çox tələb. Solomon Timofey, OneIMS (ABŞ): 15 il əvvəl sənayedə işləməyə başlayanda Google reklamlarına olan tələbat fırtınasını gördüm. Bu gün Facebook reklamlarında da eynisini hiss edirəm. Facebook getdikcə yetkin bir reklam platformasına çevrildiyi üçün mövcud rəqəmsal kampaniyalardan Facebooka köçürülən büdcələri görə bilirəm. Bu vəziyyət, hətta trend olaraq qalacaq.

8. TikTok Maykl Simonetti, Andmine.com (ABŞ): TikTok ildırım sürətində inkişaf edir. İstifadəçilər artıq milyonlarla abunəçi toplayır və reklamçılar platformada pul xərcləmək üçün mübarizə aparırlar. İnanıram ki, platforma 2020-ci ildə növbəti mərhələyə keçəcək.

9. İntent-məlumatları.Paula Çiokki, Outward Media Inc. (ABŞ): İntent-məlumatları getdikcə daha vacib olacaq. Bu, alıcılara alış prosesində doğru zamanda, doğru mesajla düzgün perspektiv əldə etmək imkanı təklif edir. İntent-məlumatlarını yüksək keyfiyyətli, hədəflənmiş əlaqə məlumatları ilə birləşdirməkdə böyük potensialı görürük. Marketoloqlara öz məlumatlarına əsaslanan marketinq kampaniyalarını növbəti səviyyəyə qaldırmaq və investisiya səmərəliliyini artırmaq və geri qayıtmaq üçün imkan verir.

10. Məlumatlara əsaslanan hekayələr. Robert Finlayson, Zeno Group (ABŞ): Məlumatlara əsaslanan hekayələr əsas tendensiya olacaqdır. 2020-ci ildə tendensiyaları və aktual mövzuları, boşluqları müəyyənləşdirmək və cəlbedici kontent yaratmaq üçün big data-dan fəal şəkildə istifadə ediləcək.

11. Marketinq bunkerləri, nəhayət qırıldı. Lori Paykin, NaviStone® (ABŞ): Marketoloqlar çox kanallı strategiyalardan istifadə etməyə başlayacaqlar. Televiziya internet trafikini və satışını, sosial şəbəkələri - pərakəndə əməliyyatları, birbaşa poçtu - elektron poçtu tamamlayır.

12. Kanal vasitəsilə, artan mövcudluq, Simms Jenkins, BrightWave (ABŞ): Brendlərin hər kəsə əlçatan olması üçün kanallarını optimallaşdırmalıdırlar. Hər kəsin məzmununa eyni şəkildə əlçatanlığını qəbul etmək olmaz. İndiki dövrdə bu modern bir marketoloq üçün mütləq qaydadır.

13. Çevik istedad axtarışı. Stephanie Olson, Biz Rosie (ABŞ): İstedadlı marketoloqların sayının artması ilə brendlər rəqibləri ilə münasibətdə daha çox üstünlük qazanırlar. Talantlı firilanserlərdən istifadə edənlər rəqabətdə üstünlük əldə edəcək.

14. İnteraktiv həllər: Scott Kellner, GPJ Təcrübə Marketinqi (ABŞ): İstehlakçılar məzmuna doyub. Əlində fərdi qadjeti olan müasir insanın diqqətini cəlb etmək bugünkü dövrdə xüsusi yanaşma tələb edir. Buna görə də, markalar onların 1/5-nin də olsa diqqətini cəlb edən yeni, interaktiv marketinq həlləri yaradırlar.

15. Markalar baş prodüser kimi.. Kaaren Whitney-Vernon, Shaftesbury (ABŞ): Marka məzmunu dünyasında bu il gözlədiyim əsas tendensiyalardan biri odur ki, markalar televiziya və kinoya bağlı olaraq premium-kontentin baş prodüseri olmağa can atmaları olacaq. Baş prodüser olaraq onlar məhsulların deyil, markaların məzmunu ilə bağlı olanlara investisiya edirlər.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün