Gələcəyin gözəlliyi ondadir ki, heç kim nə baş verəcəyini dəqiq bilmir. Buna görə də, proqnozlaşdırıcı məqalələr, xüsusilə texnologiyaların gələcək inkişafına dair olan gözləntilər heç vaxt ciddi qəbul edilə bilməz. İldən-ilə təkrarlanan süni intellekt, virtual reallıq və texnologiyanın imkanlarından bəhs edən bir çox radikal, iddialı və bəzən ziddiyyətli proqnozlar var.


Ancaq gələcəyin səsi isə əvvəlki illər ilə müqayisədə daha real görünür. Belə ki, səs köməkçiləri, yalnız evlərimizlə məhdudlaşmır.


Keçən il biz onları sürücünün köməkçisi kimi eynəklə, indi qulaqlıqlarla gördük. Apple Airpods artıq istifadəçilərə Siri-yə giriş imkanı təqdim edir və Sony Bluetooth qulaqlıqları, həm Alexa, həm də Google köməkçisi ilə birləşir.


Evdəki bütün ağıllı qurğular 2020-ci ildə daha inteqrasiya edilmiş olacaq və səs köməkçiləri onların inteqrasiyası üçün əsas olacaq.


Səs ən çox köməyə ehtiyacı olan insanlar üçün yeni əlçatanlıq səviyyələrini yaradır. Platformalar internetdə köməyə ehtiyacı olan insanlar üçün, televiziya kanallarını dəyişdirən və dərmanı nə vaxt qəbul edəcəyini xatırladan hansı səs köməkçilərindən istifadə edilə biləcəyini başa düşdülər.


Lakin onların istifadə halları daha da irəli getdi. Alexa hazırda qocalar evlərində istifadə olunur. Ağıllı cihazlar yaşlı insanlara içməli suyundan tutmuş, tibb bacıları ilə ünsiyyət qurmağa və ailə üzvləri ilə əlaqə saxlamağa kömək edən hər şeyi etməyi xatırladır. Bundan əlavə, 2020-ci ildə iş yerlərində daha çox səs texnologiyasını görəcəyik. Avtomatlaşdırma ilə inteqrasiya edildikdə, gündəlik görüşlər üçün qəhvə sifarişindən tutmuş, məlumat və sənədlərin tapılmasına qədər gündəlik işlərin həllini sürətləndirdiyinin şahidi olacağıq.