2023-cü ilə qədər markalar marketinq büdcələrinin 20%-ni influencer marketinqə xərcləyəcəklər. Lakin onlar çox vaxt markanın böyük marketinq strategiyasından təcrid olunmuş şəkildə aparılır.


Onları həqiqətən də markanızın və səsinizin davamı etmək istəyirsinizsə, onu bir addım irəli aparmalısınız. 2020-ci ildə biz influencer marketinqi şirkətin ümumi marketinq startegiyasının bir hissəsi kimi görəcəyik.


Infuencerləri bu strategiyanın bir hissəsi etmək oyunda qələbə qazanmağın əsas açarlarından biridir. Revolve şirkətinin geyimlərinə baxın. Influencerlər brendin srategiyasının əsas mərkəzindədirlər. Onlar geyimləri təbliğ edir, tədbirlərdə iştirak edirlər, öz moda kolleksiyalarını yaradırlar və məzmun istehsal edirlər. Nəticədə onlar marka ilə sinonim oldular və satışın 70%-ni təmin etdilər.


Əlbəttə ki, uğur qazanan markalar 360° yanaşmadan istifadə edənlərdir. Uzunmüddətli perspektivdə bu yanaşmaya riayət etməlisiniz və daim optimallaşdırma və inkişafı təmin etməlisiniz. Şübhəsiz ki, influencer marketinqdə uğur qazanan markalar buna uzunmüddətli yanaşmaları fonunda nail oldular. Onlar kampaniyalarında bir oyunçudan istifadə etməklə kifayətlənməmişdilər. Tailify-nin (Böyük Britaniya) kontent marketinq üzrə meneceri Luiza Robertson deyib ki, “2020-ci ildə uzunmüddətli əməkdaşlıq və partnyorluq üçün prioritet influencerlərin seçimi vacib olmalıdır”.