Publicis Groupe Russia, cari vəziyyəti qiymətləndirib və media istehlakının dəyişməsi fonunda reklamverənlərə inkişafın optimizasiyası üzrə 5 məsləhət təklif edib.


İstehlakçıların davranışı


Rusiyada onlayn və oflayn-riteylerlər saxlama müddəti çox olan məhsullara artan əhəmiyyətli tələbi qeyd ediblər. “Utkonos” onlayn-riteylerinin nümayəndəsi bildirib ki, fevralın son həftəsində konservlərin satışı, ötən ilin anoloji dövrü ilə müqayisədə 67% artım göstərib. Paxlalı məhsullar və makaron satışları üzrə artım isə 55% olub. “Aşane”də isə fevralın son iki həftəsində konservlərə tələb, ayın başlanğıcı ilə müqayisədə 5% artım göstərib. Xarici səfərlərə tələbdə isə azalma müşahidə olunub. Ötən ilin anoloji dövrü ilə müqayisədə bu sahədə 25% azalma müşahidə edilib. “İnterfax”ın məlumatına görə isə, daxili turizm praktiki olaraq zərər çəkməyib.




Agentliyin məlumatına görə, ən populyar istiamətlər Soçi, Elbrus regionu, Moskva, Rusiyanın qızıl üzük şəhərləri və Sankt-Peterburq olub. Rusiyada virusdan dolayı, yeməklərin onlayn çatdırılma xidmətinin inkişaf edəcəyini və oflayn müştəri axının azalacağını gözləyirlər. Belə ki, 2020-ci ilin 9-cu həftə sonunda (29 fevral- 1mart) kinoteatrlara gedən vətəndaşların sayında 10%-lik azalma müşahidə edilib. Halbuki ilin əvvəlində bu sahədə yüksək artım dinamikası müşahidə edilirdi. İnfeksiyanın yayılmasının qarşısını almaq üçün Yandeks.Eda və Delivery Club öz xidmətinə çatdırılmanın kontaksız üsulunu daxil ediblər. Belə ki, kuryer sifarişi qapıya qoyur və gedir.


Media istehlakı – Ev əyləncələrinin artımı


Rusiyada media istehlakında güclü dəyişiklik müşahidə edilməyib. Amma digər ölkələrdə dijitalın artımını, TV istehlakı, xüsusilə xəbərlər məzmunu xəttinin artımını müşahidə ediləcəyini proqnoz etmək olar. Məsələn, bu sahədə ən bariz tendensiyanı Çin və İtaliyada müşahidə etmək olar, məsələn, 2020-ci ilin yanvar ayında evdə televiziyaya baxış gündə 29-30 dəqiqə artıb.




Fevralda isə Çində xəbər yayımının reytinqi 50% artım göstərib. İtaliyada isə televiziyaya baxış sahəsində ən güclü artım gənc auditoriya üzrə olub. Məsələn, TV-yə baxan 4-7 yaş arasında uşaqların sayında 70%, 20-24 yaş gənclər arasında isə 30% artım müşahidə edilib. TV-yə daha az baxan auditoriya isə yaşlılar arasında müşahidə edilib, cəmi 10%. Xatırladaq ki, Çində TV-yə baxışdan başqa, istifadəçilərin ən yüksək artımı video oyunlar, onlayn videolar, striminqlərə baxış üzrə və virtual platforma və sosial şəbəkələrdəki artım olub. Məsələn, Çinin ən böyük sosial şəbəkəsi olan WeChat -da keçirilən vaxt 78% artıb.


Reklamverənlər krizisdə necə hərəkət etsin: 5 TÖVSİYƏ


Yuliya Udobenko, Business Transformation Director Publicis Groupe Russia


1. Portfelin seqmentasiyası: İndi tələbatın iki sahə üzrə artdığı müşahidə edilir. Birinci premium -məhsullardır, insanlar onlara uzunmüddətli investisiya kimi baxırlar. Bura paxlalı məhsullar daxildir. Və karantin dövründə daha uzunmüddətli saxlanıla bilən əhəmiyyətli məhsullar daxildir. Bunların arasında qalan kateqoriyadan olan məhsullar üzrə isə enmə müşahidə ediləcək.


2. Premium məhsullar üçün öncə loyallıq proqramı, xüsusi təkliflər ilə çalışmaq lazımdır. Eyni zamanda inmarket kütlələr ilə çalışmaq üçün, xüsusilə, ev alətlərinə investisiya edənlər ilə işləmək lazım olacaq.



3. Karantindən dolayı, qısamüddətli dövr üçün tələb artan məhsullar üzrə, onlayn çatdırılma xidmətinin yaradılması önəmlidir.


- Ən böyük e-com. tərəfdaşları ilə təmsil olunması.


- Əgər sizin e-com sisteminiz varsa, bu halda əsas tələb olunan loqistika, çatdırılma və əlaqəli xidmətlərin möcudluğudur.


- Fiziki satışlar üzrə fokuslanan müəssisələr (restoran, qəhvə restoranları, və s. xidmət yerləri) öz xidmətləri sırasında kontaksız çatdırılmanı, digər bizneslərə verilə bilən sifariş seçimini də əlavə etməlidir.


4. Bir çox brend və bizneslərə tələb üzrə ciddi azalma müşahidə ediləcək. Məsələn, bura geyim, kiçik məişət əşyaları, interyer, gözəllik üçün bir çox məhsullar (birinci növbədə kosmetika) daxildir. Belə satışların artımı üçün mediada kreativ kontentin gücləndirilməsi zərurət olacaq.


5. İstehlakçı davranışının dəyişməsindən dolayı, media strategiyasına yenidən baxılmasının zəruriliyi. Çin və Avropa üzrə nümunəyə, baxsaq karantin dövründə onlarda dijital sahənin əhəmiyyətli artımı müşahidə edə bilərik. Bundan başqa, artan sahələr arasında yuxarıda da yazdığımız kimi TV, videostriminq xidmətləri, xəbərlər resursunun artımı və s. misal göstərmək olar. Ona görə də, bu sahədə də kreativliyin artması, şounun inteqrasiyası, sponsorlu layihələrin icrası labüd ola bilər.