çərşənbə axşamı, 7 aprel 2020

Daha yaxşı “LinkedIn” profili üçün 9 - TÖVSİYƏ

220

facemark.az digital.age-ə istinadən daha yaxşı LinkedIn profili üçün 9 tövsiyəni bir araya yığıb. Başlayaq:

1. Bütün təcrübə və bacarıqlarınızı əhatə etməlidir

LinkedIn, həm də sizin onlayn keçmişinizdir. Buna görə də profil bütövlüyə və sizinlə bağlı bir çox detala sahib olmalıdır. Resume-dəki bütün təcrübə və bacarıqlar LinkedIn profilinizdə də olmalıdır. Bundan başqa, profilinizə foto əlavə edə bilərsiniz, ancaq foto gündəlik foto olmamalıdır. Buna diqqət etməlisiniz. Profiliniz başqasının gözündən necə görünür, buna da fikir verin. Həmçinin URL-inizi şəxsiləşdirib, paylaşılmağı asan link də əldə edə bilərsiniz.Tövsiyəm odur ki, öz adınızdan istifadə edin.

2. LinkedIn profil xülasəsini keçib getməyin

LinkedIn-dəki xülasə qismi bacarıqlarınızı ön plana çıxarmaq üçün əla fürsətdir. Mütləq qaydada dil, sertifikat, bacarıqlarınız bir bölmədə yer alsın. Profiliniz nə qədər yaxşıdırsa, işverənlərin sizi tapma potensialı daha da artacaq. Mütləq qaydada bir sektor seçin, çünki işverənlər axtarışları buna görə edirlər.

3. CV-dəki hər detal profilinizdə də olmalıdır

Linkedin profiliniz sizin onlayn CV-niz olduğuna görə, CV-də yer alan bütün təhsil məlumatlarınız və iş təcrübələriniz burada da yer almalıdır. Buna görə CV-nizə göz atıb, buradakı məulmatlarınızı sürətlə LinkedIn profilinizə köçürə bilərsiniz.

4. Profil şərhləri vacibdir

Sizinlə birlikdə çalışan insanların haqqınızdakı şərhləri vacibdir. Çünki potensial işverən üçün LinkedIn şərhləri tövsiyə xarakteri daşıyır. Şərh almağın ən asan yolu isə, bir başqası üçün şərh yazmaqdır. Çünki insanlar onların haqqında olan xoş şərhlərdən məmnun olurlar və qarşılığını vermək istəyirlər. Ancaq tanımadığınız insanlardan sizin haqqınızda şərh yazmağını da istəməyin.

5. İşverənləri özünə çəkən: Bacarıqlar

Bacarıqlar qismi profilnizin önəmli hissəsidir. Burada işverənlər sizi tapa bilər və bağlantılarınızın sizin bacarıqlarınızı görə biləcəyi qismdir. Araşdırmalara görə, profilinizdə bacarıqlar qismi olduqda, işverənlərin sizi tapma ehtimalı 13% artır.

6. Könüllü iş təcrübənizə də üstünlük verilir

İşverənlər üçün könüllü çalışma təcrübəsi pullu çalışmaq qədər vacibdir. Araşdırmalara görə, professionalların 50%-i düşünür ki, könüllü çalışmaq pullu çalışmaq qədər vacibdir. İdarəçilərin 20%-i isə işçi axtarışı zamanı onların könüllü olub-olmadığını da hesaba qatır.

7. Əlavə məlumatlar qismini effektiv istifadə edin

LinkedIn-dəki əlavə məlumatlar qismində, şirkət veb sayt, bloq, Twitter hesabı, özünüz ilə bağlı professional məlumatları paylaşmaq üçün istifadə edin.

8. Müdirindən gizli iş axtaranlar üçün

Əgər iş axtarırsınızsa və müdirinizin də bundan xəbərdar olmasını istəmirsinizsə, fəaliyyət bildirişlərini bağlaya bilərsiniz. Bunun üçün tənzimləmələr qisminə gedin, fəaliyyət qismini qapalı edin. Bundan başqa, yenilənmələrinizin kimin görəcəyini də özünüz seçin. Siyahınızdan istədiyiniz şəxslər qrupunu seçə bilərsiniz, ya da heç kimin görməsini istəmirsinizsə, sadəcə mən edə bilərsiniz.

9. Profilinizdə bunlara yer yoxdur

LinkedIn profili yaradan zaman, etməli olduğunuz ən vacib nüans profil yaratmaqdır. Buna görə də, hər kəsin istifadə etdiyi, sıradan şəxsi xüsusiyyətlərdən uzaq olmağınız vacibdir. Məsələn, motivasiyası yüksək, yaradıcı, çox səyahət edən, problemi həll etmə bacarığı kimi bir çoxlarının istifadə etdiyi bacarıqları qeyd etməməkdə fayda var.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün