çərşənbə axşamı, 7 aprel 2020

“Nissan” yeni loqotip hazırladı – Foto

279

Nissan yeni loqotipini patentləşdirib.

Facemark.az-ın məlumatına görə, motor.ru nəşri yazır ki, hazırki emblem ikiölçülü olub, amma loqotipin markanın hansı modelləri üzərində dəyişəcəyi hələki məlum deyil.

Loqotip Z seryalı avtomobillər üçün də yenilənəcək, emblem isə ortadan kəsilmiş Z hərfidir. Nəşrin yazdığına görə, yeni loqotip Yeni Zelandiya və Kanada da artıq patentləşdirilib.

Daha əvvəl özünün loqotipini dəyişən markalar arasında Volkswagen, KIABMW olub. Bütün bu markalar da özlərinin üçölçülü emblemindən imtina ediblər və daha minimalistik stilə keçiblər.

Xatırladaq ki, Volkswagen-dən izah etmişdilər ki, yeni emblem markanın gənclər, müasirlik ilə rəqəmsalaşmanın əlaqəsini əks etdirir. BMW-dən isə bildirmişdilər ki, yenilənmiş loqotip dijital dünyada yaşan gəncləri cəlb etmək üçün nəzərdə tutulub. KIA-nın yeni variantda olan loqotipində isə qırmızı və qara tonlar əlavə edilib və təsvirdə isə hərflər birləşdirilib.

Yeni loqotip

Köhnə və yeni loqotip bir arada

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün