İnsanların çox hissəsi özlərini təcrid edirlər, bir çoxları səfərlərindən imtina edir, amma bir çoxları üçün də aktual məsələ asudə vaxtın keçirilməsi məsələsidir. TV-yə baxmaq, internetdə xəbərlər oxumaq ən populyar məşğələlərdən hesab edilir.


Bunu Böyük Britaniya və ABŞ sakinləri arasında keçirilən GlobalWebIndex tədqiqatının nəticələri sübut edir. Eyni zamanda, hər kəs təkcə evdə oturmağa və nəqliyyat vasitələrindən imtina etməyə hazır deyil.


Bu isə əhalinin qeyri-bərabər gəliri ilə bağlıdır. Qlobal səviyyədə epidemiyanın yayılması ilə bağlı olaraq, insanlar öz həyat tərzlərini dəyişmək məcburiyyətində qaldılar. GlobalWebIndex aradırmasına görə, ictimai yerlərin bağlanması və insanların özlərini təcrid etməsi, təkcə şirkətlərin satışlarına deyil, ümumilikdə istehlaka təsir etdi. Tədqiqat 13-16 mart tarixlərində ABŞ və Böyük Britaniyanın 3,1 min onlayn istifadəçiləri arasında keçirilib.


Pandemiya fonunda gündəlik aktivlik


- Millenialların təxminən 79%-i, Z nəslinin isə 72%-i etiraf edib ki, koronavirusun yayılmasına görə, həyat tərzlərində dəyişiklik baş verib. Bebi-bumerlər-in (57 yaş və yuxarısı) isə cəmi 37%-ində həyat tərzində dəyişiklik baş verib.


- İctimai nəqliyyatdan istifadə edən respondentlərin 37%-i isə ümmiyyətlə, ondan istifadə etmir, ya da azaldıblar. Metro və avtobuslara alternativ isə piyada yerimək (43%) və şəxsi avtomobildən istifadə (42%) olub. Yaşlı nəsil və şəhərətrafı sakinlər isə etiraf ediblər ki, onlar yaranmış vəziyyətlə əlaqədar prinsip etibari ilə bir yerdən digər yerə səfərləri azaldıblar.


- Yüksək gəliri olan respondentlərin ¼-i ictimai nəqliyyatın dayandırılması tərəfdarıdır, amma daha az gəliri olan respondetlərin, daha azı, cəmi 17%-i belə bir fikri dəstəkləyir.


- Özünütəcird şəraitində onlayn xəbərlər kontentinin istehlakı artıb. Respondentlərin 36%-i öz vərdişlərində bu cür dəyişiklik haqqında bildirib. İnsanlar, həmçinin daha çox TV-yə (36%) baxmalı olublar. İstifadəçilər arasında onlayn aktivliklər arasında, internetdə sosial şəbəkələrə daxil olmaq, onlayn televiziya, şopinq daxil olub. Offlayn aktivliklər arasında isə ən populyarları: təmizlik, yemək hazırlamaq və ailə ilə ünsiyyət daxildir.


Ümumi əhval-ruhiyyə


- Respondentlərin 40%-i COVID-19 ilə bağlı yoluxma və ölüm xəbərləri fonunda situasiya ilə bağlı pozitivliklərini qoruyub saxlayırlar. Optimist əhval-ruhiyyəni saxlayan isə yaşlı nəsildir (57 yaş və yuxarı), onlar belə respondetlərin 49%-ni təşkil edib. 18-23 yaş arası gənclərin isə cəmi 11%-i hökumət tərəfindən atılan tədbirlərə güvənirlər.


- Şəhər əhalisi situasiya ilə bağlı daha az pozitivdir. Belə ki, kənddə yaşayan onlayn istifadəçilərin 27%-i düşünüb ki, hökumət və insanlar virusla qarşı mübarizədə kəskin tədbirlər alır. Amma təkcə şəhər əhalisinin 21%-i belə düşünür.


Səyahətin planlaşdırılması


- Respondentlərin 24%-i, ¼-i yoluxma riskini azaltmaq üçün könüllü şəkildə səyahətlərdən imtina ediblər. 18%-i isə sadəcə belə bir qərar vermək məcburiyyətində qalıb. Könüllü olaraq səyahətdən imtina edənlər arasında Z nəsli və milleniallar var. Amerikalı və Böyük Britaniyalıların 35%-i koronavirus ilə bağlı vəziyyət qəti həll edilməyənə qədər səyahətlər planlaşdırmır.


- Respondentlərin 43%-i, xüsusilə X və milleniallar səyahət ilə bağlı yığımları təxirə salırlar. Z nəsli isə belə yığımları digər alışlara xərcləməyi planlaşdırır. Rəyi soruşulanların təxminən 33%-i daha sonra səyahət edəcəklərini deyirlər. Bu isə COVID-19 pandemiyasına məruz qalan turizm sektoru üçün yaxşı perspektivdir.


- Respondentlərin 70%-i deyib ki, onlar növbəti ilə qədər səyahətləri təxirə salırlar, yalnız respondetlərin 40%-i deyib ki, onlar yaxın 6 aydan sonra səfərlər planlaşdırırlar. Gənc nəsil isə daha çox gözləməyə hazırdır və onlar bu sorğuda lider mövqedədirlər.