çərşənbə axşamı, 7 aprel 2020

HR Option MMC koronavirusla mübarizə fonduna ianə ayırdı

594

Azərbaycan Respublikası Prezidentinin çağırışına cavab olaraq HR Option Şirkəti koronovirusla mübarizə kampaniyası çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayırıb.

Bundan əlavə HR Option öz korporativ sosial məsuliyyətli siyasəti çərçivəsində bir sıra silsilə tədbirlər həyata keçirməkdədir.

Belə ki, bir qədər öncə ölkə şirkətlərinin sahibkar və idarəçiləri üçün "Koronavirus durğunluğunda şirkətlər nə etməli?" mövzusunda qruplar şəklində ödənişsiz onlayn konsultasiya elan etmişdi. Şirkət rəsmilərinin verdiyi məlumata görə onlayn konsultasiyalara artıq yüzə yaxın şirkət qoşulub.

Eyni zamanda şirkət işçilərin sağlamlığı üçün öz ofisini bağlayıb, onlayn rejimdə fəaliyyətini davam etdirir.

Qeyd edək ki, HR Option şirkəti müəssisələrdə idarəetmə strukturunun optimallaşdırılması, səmərəlilik və effektivliyin artırılmasını istiqamətində fəaliyyət göstərir.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün