Araşdırmalara görə, son vaxtlar insanlar evdə daha çox vaxt keçirdiklərinə görə, texnoloji cihazlarda keçirilən vaxt 50% artacaq.


facemark.az-da böhran dövründə marketinq, yaradıcılıq, influencer marketinq, biznes, rəqəmsal (dijital), satış bu sahələr üzrə ayrı-ayrı mütəxəsisslərdən rəy alacaq.


Hazırki sual isə budur, böhran, hazırki krizis dövründə rəqəmsal dünyanın və yaradıcılığın mənzərəsi və nə gözləniləndir?


“Endorphin” reklam agentliyinin CEO-su Orxan Kərimov facemark.az-ın suallarına cavab verib.


“Koronavirus səbəbindən insanların rəqəmsal istehlakı artacaq. Bütün dünyada görülən sosial təcrid tədbirləri ilə iqtisadiyyatda durğunluq gözlənilir. Bu vaxt rəqəmsal məlumatlar; sağlamlıq, xəbər, e-ticarət və video məzmun kimi paylaşımların istehlakında əhəmiyyətli bir artımın olduğu artıq göz qabağındadır.


İnsanların nağd ödənişlərlə bağlı davranışları dəyişir. Bu virus artıq təmassız ödənişlər dövrü üçün yeni bir təkan olacaq.


Alış-veriş mərkəzləri artıq onlayn çatdırılma, evlərə xidmət haqqında düşünür. Bu sahədə vaxtında davranan startup və şirkətlər daha çox qazanclı çıxacaqlar.


Yaradıcılığa bəlkə də bir də nə vaxt bu qədər ehtiyacımız olacaq bilmirəm. Çünki düşünürəm ki, dünyanın içərisində olduğu bu vəziyyətdə bütün yaradıcı beyinlərin bir araya gəlməsi, sektorun tək ürək olması lazımdır. Dövlətimiz və qlobal bazar kimi.


Media planlamarında büdcə baxımından azalmalar müşahidə edilə bilər. Ancaq bu sektordan sektora dəyişəcək. İstehsal daha çox sadə, masaüstü dediyimiz işlərə yönələcək. Ciddi “production” büdcələri tələb edən işlərin yerini daha sadə, tez yayılan və mesajı asanlıqla ötürən işlər alacaq.


Markalar bilgiləndirmə işindən çox artıq hərəkətə keçməlidirlər. İnsanlara, əməkdaşlarına, ölkələrinə necə faydalı ola bilərlər, onu düşünməlidirlər.


Misal üçün “Budweiser” Amerikada virusa görə azalan qan donoru probleminə maraqlı bir addım ataraq əyləncə və idmana yönəltdiyi vəsaitdən 5 milyon dollar ayıraraq “American Red Cross”a dəstək olur. Geniş ərazidə müvəqqəti qan idarəetmə mərkəzləri üçün istifadə edilə bilən arena və stadionları müəyyənləşdirmək üçün idman tərəfdaşları ilə görüşür və insanları stadionlara qan verməyə çağırır. “One Team” adlanan layihənin biraz öncə qeyd etdiyim kimi sadəcə səsləndirmə istifadə edərək, masaüstü bir reklam çarxı və web səhifəsi hazırlanır.


www.budweiser.com/OneTeam



Bu günə qədər rəqəmsal dünyanın ciddiyətini qəbul etməmiş ya da hələ də tam olaraq transformasiya olmamış markalar çox ciddi zərərlər görəcəklər. Əksinə bu prosesin içərisində olanlar qazanacaq.


Son olaraq onu demək istəyirəm ki, bu gün məsələyə sadəcə bu bəla bitsin gözü ilə baxmalıyıq və bitməsi üçün də əlimizdən gələni etməliyik. Bəzi sahibkarlar indidən gəlirlərinin düşməsi, gələcək zərər haqqında düşünürlər.


Bu dünyada insan sağlamlığından daha önəmli bir şey yoxdur. Evdən çıxma, təmkinli ol. Dünya, insanlıq daha betər bəlalar görüb və keçib. Bu da keçəcək. #EvdəQal”.