Turkcell koronavirus epidemiyasına qarşı, qorunma tədbirləri çərçivəsində, smartfon və planşetlərin necə təmizlənməsi ilə bağlı video çarx hazırlayıb.


Facemark.az xəbər verir ki, bütün dünya ilə birlikdə, ölkəmizi də təsiri altına alan koronavirus epidemiyasına qarşı ÜST və Səhiyyə Təşkilatı tərəfindən tədbirlərə əlavə olaraq, şəxsi təmizlik də vacibdir.



Tibbi işçiləri isə deyir ki, yeni növ koronavirus nəsnələr üzərində də canlı qala bilir. Mütəxəssislər deyir ki, smartfon və planşetlər də gün ərzində tez-tez istifadə edilən texnologiyalar arasında yer alır. Xəbərdarlıqda deyilir ki, əl gigiyenasına diqqət etmədikdə, virus bir neçə saat telefon və planşet üzərində canlı qala bilir.


Aşağıda qeyd edəcəyimiz təmizlik prosedurunu smartfonlar və planşetləriniz ilə yanaşı, noutbuk kimi ekranı olan cihazlarınızın üzərində də tətbiq edə bilərsiniz.