Koronavirus epidemiyasından dolayı bir sıra qalstuklu, ağ köynəkli insanlar evdən işləməyə başlayıb. LC Waikiki isə mövcud situasiya ilə bağlı qeyri-adi kampaniyaya imza atıb.


Facemark.az xəbər verir ki, markanın #altıevüstüiş adlı kampaniyasında video konfranslar ilə evlərdən reallaşan iclaslar üçün üstündə iş geyimi, altında isə pijama tövsiyə edilir.


Nəticədə ortaya gözümüzün öyrəşmədiyi kombinasiya çıxır. Home office çalışma sistemi üçün bir-birindən fərqli kombinasiya tövsiyələrinin yer aldığı #altıevüstüiş kampaniyasının yaradıcı agentliyi isə Tribal Worldwide Istanbul-dur.