çərşənbə, 3 iyun 2020

İşçilər evdən çalışır: Bəs, rəhbərlər nəyi bilməlidirlər?

357

Onlayn işə keçid zamanı, rəhbərlərin bir çox problemlə üzləşməsi qaçılmazdır. İşçilərin fərqli yerdə olması və daxili ünsiyyətdə yenilik ilə qarşılaşmasından dolayı işləri idarə etmək elə də asan deyil.

Budur, qrupunuzun qeyri-adi şəraitdə işləməsinə kömək etmək üçün bəzi məsləhətlər

1- Proseslərin təsadüfən getməsinə icazə verməyin. Komandanın evdən işləməsi, ofis ilə müqayisədə rəhbərlikdən daha çox məlumatlılıq tələb edir. Onları prosseslərə daha çox cəlb etmək və nəzarətdə saxlamaq lazımdır. Uzaqdan işləmək işçilərdən komanda işi tələb edir. Çünki evdə fikri yayındırmamaq və fokuslanmaq çətin olur. Buna görə də rəhbərlərə belə işçilərlə işləmək və onları işə fokuslamaq çətin ola bilər.

2- Görüş və onlayn görüşlərin sayını artırın. Belə ki, siz birdən iki dovşan öldürməli olacaqsınız. Birincisi, komandanın işini daha yaxşı idarə edə və onları vacib tapşırıqlara fokus edə bilərsiniz. İkincisi, isə komanda arasında yadlaşmağa yol verməyin. İndi insanları hər zamankindən daha çox ortaq səbəblə birləşməsi və özlərini məşğul hiss etməsi olduqca vacibdir. Karantin zamanı şəxsi görüşləri onlayna apara bilərsiniz. Nə yaxşı ki, ani mesajlaşma proqramları Skype, Zoom və Google Meet var. Onlar komanda içində əlaqədə qalmağa sizə kömək olacaq.

Budur, Blayndan evdən işlər üçün lazım olacaq beş rahat platforma adı:

Trello -müxtəlif layihələri bir meydançadan idarə etməyə kömək olur. Bu barədə daha əvvəlki yazılarımızda qeyd etmişdik. Oxumaq üçün link.

Dropbox böyük ölçülü faylları paylaşmaq üçün ideal bir bulud xidmətidir.

Evernote sadə və rahat virtual ofisin ən yaxşı imitasiyasıdır.

Hackpad bu da sənədlərlə iş üzrə ən populyar xidmətlərdən biridir.

Draft Digər insanlar ilə birlikdə sənədlər yarada, onu redaktə edə biləcəyiniz keyfiyyətli tətbiqdir.

- Komandaya nəzarəti itirməkdən qorxmayın. İşçilərin 9-dan 6-ya qədər, sizin nəzarətiniz altında işləməməsi onların öz vəzifə öhdəliklərini yerinə yetirməməsi anlamına gəlmir. Belə ki, onların nəticələrinizi izləməyə sizə heç nə mane olmur. Bir çox alətlərin köməyi ilə onlayn rejimdə çalışan işçilərin iş prosesslərini nəzarətdə saxlaya bilərsiniz. Məsələn, Blayn-da ToDo-list sistemindən aktiv istifadə edirlər. Hər bir işçinin bir gün və yaxud bir neçə günün işlərini ehtiva edən səhifəsi var. Burada hazırlıq dərəcəsində olan və yaxud yerinə yetirilən tapşırıqların siyahısı yer alır. Rəhbərlər onların planlarına nəzarət edə bilərlər. O, bu sistem üzərində işlərin deadline-ında dəyişiklik edə, işlərin vaxtını uzada, həmçinin proqressi izləyə bilər.

- Mikromenecmentdən imtina edin. İşçilərin monitor arxasında nə qədər zaman keçirdiyini hər saniyə nəzarə etməyin. Yaxşı nəticə üçün motivasiya lazımdır, nəinki ümumi nəzarət. Daha çox məhsuldar işçilərə daha çox iş veriləcəkdir. Onlara imkan vermək lazımdır ki, öz iş qrafiklərini özləri müstəqil yaratsınlar. Yaradıcılığı və təşəbbüsü davam etdirin. Nəticədə siz işlərin siyahısı və son tarixlərinə özünüz dəyişiklik edə bilərsiniz.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün