-İş yerinizi təşkil edin. Divanda oturmaq yaxşı bir şeydir, amma gəlin qəbul edək ki, bu halda biz məhsuldar olmayacağıq. Planlaşdırılmış iş yeri sizi fokuslanmağa və vacib işlərdən yayınmamağa kömək edəcək. Sizin təmiz masa, rahat stul və yaxşı işıqlandırmaya ehtiyacınız olacaq.


- İşləyən zaman soundtrəklər seçin. Heç kimə sirr deyil ki, musiqi fonu efektiv iş üçün vacibdir. Sevimli kompozisiyanın seçilməsi sizə enerji verəcək və adi tapşırıqların icrası zamanı belə darıxmayacaqsınız. Blayn-dan deyirlər ki, belə musiqi platformalarına fikir verə bilərsiniz. Məsələn, YouTube, Noisli, Brain.fmAmbient-mixer. Əgər kimsə qeyri-adi nəyəsə qulaq asmaq istəyirsə Listen To The Clouds-ə xoş gəmisiniz. Burada sehirli mix-lərə qulaq asa bilərsiniz.


- Effektivliyi artırmaq üçün alətlərdən istifadə edin. Tracking Time əlavəsi, sizin kompüterdə vaxtınızı necə keçirdiyinizi və nə ilə maraqlandığınızı izləyəcək. Notational Velocity, nəhayət ki, sizin bütün qeyd, sənəd, yazılarınızı bir yerə yığacaq. FocusBooster — Pomodoro sistemi üzrə taym-idarəetmə proqramıdır. O, sizə işə maksimum fokuslanmağa və istirahət üçün vaxt seçməyə kömək edəcək. F.LUX günün saatından asılı olaraq, sizin gözlərinizin qayğısına qalacaq, ekranın işığını və temperaturunu tənzimləməyə kömək edəcək.