İlk dəfə Çində görülən koronavirus, Azərbaycan da daxil olmaqla yayılmağa davam edir. Bu dövrdə milyonlarla insan evdən addım ata bilmir.


Facemark.az-ın məlumatına görə, evdə vaxt keçirmək istəyən insanların mesajlaşma platformalarına və video saytlarına marağı artır.


Xatırlayırsınızsa, ötən həftə paylaşdığımız xəbərdə məlumat vermişdik ki, internet üzərindən informasiya axını normalın üstünə çıxdığına görə, Netflix video yayım keyfiyyətini aşağı salmışdı. Facebook şirkətinə daxil olan WhatsApp da serverdəki sıxlığı azaltmaq üçün məhdudiyyətlərə gedib.


Platformanın stroies bölməsinə əlavə edilən videolar artıq 15 saniyə ilə məhdudlaşdırılacaq. Yeni qayda hələki Hindistanda tətbiq ediləcək.


Hindistan Times-da yer alan xəbərə görə, sözügedən yenilik WhatsApp-ın xidmət verdiyi 180-dən çox ölkədə də aktivedilə bilər.