Bütün dünyanın aktual problemi olan Koronavirus (COVID-19) pandemiyası ilə bağlı bir çox dünya və lokal markaları öz təşəbbüskar fəaliyyət planlarını gerçəkləşdirməyə çalışırlar. İnsanların evdə qalıb sosial mediada daha çox zaman keçirdiyi ərəfədə markalar da onlayn media kanalları vasitəsilə insanları məlumatlandırır və onlara bacardıqları qədər müsbət hisslər ötürürlər.


Hətta ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) də markalara maarifləndirmə və məlumantlandırmayla bağlı xüsusi çağırış ünvanladı və bu, hər bir brend üçün bir növ könüllülük fəaliyyətinə çevrildi.



Bütün bunları nəzərə alaraq hər zaman əyləncə və enerji dolu işlər görən FULL Energy də bu maarifləndirmə kampaniyalarından birinə imza atdı.
 Həm də öz tərzində! FULL öz sosial media kanallarından yeni müsabiqə elanı verdi. Bu müsabiqə nəticəsində isə 20 gün ərzində gündə 20 nəfərə 50 AZN nağd pul, qaliblərin dostlarına isə 1 kaset FULL Energy ehtiyatı hədiyyə etməyi söz verdi.


Təbii ki, önəmli bir şərtlə. Belə ki, FULL öz kanallarından hər gün ÜST-ün tövsiyə etdiyi bir çağırışı paylaşır və insanları bu mesajı dostlarıyla bölüşməyə çağırır. Beləliklə, həm maarifləndirici çağırışlar maksimum insana çatır, həm də insanlar bunun sayəsində qazanclı olurlar.


Siz də FULL ilə birlikdə bu maarifləndirici və qazandıran kampaniyaya qoşula bilərsiniz. Bunun üçün sadəcə FULL Energy-nin sosial media kanallarını gündəlik izləməyiniz kifayətdir.