24-26 iyunda Minsk şəhərində Şərqi Avropanın ən böyük beynəlxalq reklam və yaradıcılıq festivalı keçiriləcək.


Facemark.az-a təşkilatçılardan verilən məlumata görə, White Square2020-yə dünyanın 20 ölkəsindən 511 iş qəbul edilib.


Müsabiqə işləri onlayn qaydada adfest.by saytı üzərindən aparılır və yaradıcı işlərin qəbulu mayın 31-də sona çatacaq.


Xatırladaq ki, müsabiqə işləri 7 kateqoriyada qəbul edilir. CREATIVE: Film, Print, Radio & Audio, Outdoor, Integrated, Branded Content and Entertainment;


BRANDING: Communication Design, Packaging Design, Digital & Interactive Design;


MARKETING: Brand Experience & Activation, PR, Direct, Innovations;


CREATIVE EFFECTIVENESS;


MEDIA: Channels, Excellence in Media, Media Campaign;


DIGITAL: Digital, Mobile, Creative Data;


CHANGE FOR GOOD.


Festival ilə bağlı son məlumatları elə adfest.by rəsmi sayt üzərindən baxa bilərsiniz.