Koronavirus pandemiyasından dolayı ölkəmizdə və bütün dünyada populyarlıq qazanan video konfrans platforması Zoom, son günlər məlumatların gizliliyi və təhlükəsizliyi ilə bağlı aldığı tənqidlərlə gündəmdədir.


Epidemiyadan dolayı evdə qalan milyonlarla insan biznes görüşləri, distant təhsil, sosiallaşmaq üçün çox böyük maraq göstərdiyi Silikon Vadisi şirkəti qısa zaman içində koronavirus pandemiyasının ən çox müzakirə edildiyi fiqurlardan birinə çevrildi. Ancaq şirkət son zamanlar təhlükəsizlik və gizlilik ilə bağlı Nyu-York baş prokurorunun radarına düşüb. Ötən həftə Zoom-a Nyu-York əyalətinin baş prokuroru Letitia James tərəfindən şirkətin platformadakı kəskin trafik artımı ilə öhdəsindən gəlib-gəlməyəcəyi və istifadəçi məlumatlarını düzgün şəkildə qorunub-qorunmayacağı ilə bağlı narahatlığını ifadə edən məktub göndərib.



“New York Times”ın xəbərinə görə, baş prokuror məktubla Zoom-un populyarlığının artımından bəri təhlükəsizlik işlərini gücləndirib gücləndirmədiyini soruşub. Əlavə edib ki, keçmişdə onlar təhlükəsizlik ilə bağlı yaşanan hadisələrin qarşısını almaqda gec qalmışdılar.


Zoom nümayəndələrinin baş prokurora göndərdiyi məktubda isə deyilirdi ki, onun təhlükəsizlik ilə bağlı narahatlıqlarını yüksək qiymətləndirirlər. Ona istədikləri məlumatları verməkdən dolayı xoşbəxtdirlər.


E-poçt məktubunda, həmçinin qeyd edilib ki, onlar istifadəçilərin məlumatlarının gizliliyi və təhlükəsizliyini son dərəcə ciddiyə alırlar. Epidemiya dövründə xəstəxana, məktəb, digər müəssisələrin bir-biri ilə bağlı və fəaliyyətdə qalmaları üçün 24 saat işləyirlər.


Koronavirus epidemiyası meydana çıxandan bəri ona xüsusilə ABŞ və İngiltərədə çox böyük maraq var. Platformnın gündəlik aktiv istifadəçi sayı 2020-ci ilin əvvəlindən martın ortasına qədər 67% artıb. Son həftələrdə platformanı 50 milyon dəfədən çox yükləyiblər. İngiltərə hökumətinin bir çox yüksək vəzifəli şəxsləri, eləcə də ölkənin baş naziri Boris Jhonson da bu proqramdan istifadə edir.


Zoom-un təhlükəsizliyi ilə bağlı narahatlıqlar koronavirusdan öncə də var idi


42,1 milyard dollar bazar dəyərinə çatan şirkət, ötən həftə Apple iOS versiyasının cihaz məlumatlarını Facebook-a ötürməsi ilə gündəmə gəlmişdi. Bu xəbərdən sonra Zoom proqramında yeniləmə etdi və gizlilik siyasətinə açıqlamalar əlavə etdi. Zoom ilə bağlı digər bir məsələ isə iclaslara dəvət edilməyən istifadəçilərin Zoom-a müdaxilələridir. Bir çox istifadəçi iclaslara dəvətsiz gələn troll istifadəçilərin paylaşdıqları pornoqrafik və hədsiz siyası kontentləri gördüklərinə görə şikayətlər etmişdilər. Şirkət bundan sonra isə bloq səhifəsi üzərindən görüşlərin necə açara alınması ilə bağlı məlumatlarını paylaşdı.



Zoom-un Çində daxil olmaqla 17 data mərkəzi var. Çindəki mərkəzdə Zoom-un 500-dən çox əməkdaşı var, bu rəqəm bütün çalışan sayının 30%-i deməkdir. Kibertəhlükəsizlik üzrə mütəxəssislər şirkəti xüsusilə Çindəki Ar-Ge əməliyyatı istifadəçilərinin gizliliyini təhlükəyə ata biləcəklərindən ehtiyat edirlər.