Dünyanın ən böyük agentlik networklərindən bir qismi oktabrda reallaşacaq Cannes Lions reklam festivalında iştirak etməyəcəklərini açıqlayıblar. Ancaq əlavə ediblər ki, festivalı uzaqdan da olsa dəstəkləyəcəklər.


Bəs, hələ rəsmi açıqlama verməyən agentliklər Cannes Lions-da iştirak edəcəklər mi? Bir çox agentlik Cannes Lions reklam festivalında iştirak etməyəcəklərini deyib. Amma onların arasında hələ də rəsmi açıqlama verməyən və dəqiq qərarını açıqlamayan agentliklər də var. Məsələn, WPP çərşənbə axşamı partnyorlarına göndərdiyi açıqlamada deyirdi ki, onlar səyahət, otel, mükafat mərasimi kimi xərclərini azatmaq qərarı alıblar.


Agentlikdən Cannes Lions festivalı da bura daxildir mi? sualına isə şərh verməyiblər. Omnicom-un da festivalda iştirak etməyəcəyi ilə bağlı söz-söhbətlər dolaşır. Ancaq agentlikdən məsələ ilə bağlı açıqlama verilməyib. Dentsu Aegis Network-dən isə yaradıcı işləri mükafatlandırmaq üçün virtual galeriyanın təşkilinin daha məntiqli olacağını deyirlər.


Qrupun festivalda iştirak etməyəcəyi hələ ki dəqiq deyil, ancaq açıqlamasında bildiriblər ki, “Komandamızın sağlamlığını qorumaq, müştərilərimizə dəstək olmaq, çətin dövrdə cəmiyyətin yanında olmaq ən böyük prioritetimizdir”. Dentsu Aegis Network açıqlamasının davamında isə deyib ki, “Düşünürük ki, işlərimizi daha yaxşı etməyimiz üçün bizə motivasiya verəcək platformaların olmağı vacibdir. Ancaq bu fikir reallıqla da üst-üstə düşməlidir. Sektorda insanların həyatında fərq yaradan, cəsur həllər təklif edən işləri təqdim edib, mükafatlandırmanın bir yolunu tapmalıyıq. İndiki zaman bizə nəticələrə daha yaradıcı yollar ilə çatmağımız üçün fürsət təqdim edir. Bura alternativ mükafat mərasimi də daxildir”, - deyiblər.


Interpublic Group hələ də dəqiq qərarını verməyən qruplar arasında yer alır. Publicis Groupe və Havas-ın da Cannes Lions haqqında qərarını dəqiqləşdirməyən 6 böyük agentlik arasında yer aldığı deyilir. Onların konkret dedikləri isə bu olub ki, bütün agentliklər Cannes Lions-u dəstəkləyəcək. WPP və Omnicom kimi böyük qrup şirkətlər mərasimə yüzlərlə işçisini və 1000-dən çox iş göndərir. Ancaq xərclərində azalmaya getmək istədiklərini deməsi, onların bu ölçüdə iştirakı reallaşdırmayacağı mənasına gəlir.


Xatırladaq ki, hər il 10 000-dən çox marka, agentlik, media rəhbəri, texnologiya şirkətləri Cannes Lions-da iştirak edir. Festivalın mart ayındakı açıqlamasına görə onlar tədbiri iyundan oktyabra keçiriblər. Ancaq gələcəkdə nə olacağı, festivalın dijitala keçib-keçməyəcəyi hələ də açıqlanmayıb.