“The Coca-Cola Company” bütün xərclərinə yenidən baxmağa qərara gəlib.


Facemark.az-ın məlumatına görə, şirkətin investorlarının dediyi kimi bu vasitələr ən çox effekt verəcək yerlərə xərclənəcək.


Xüsusilə, ərzaq nəhəngi koronavirus və onun biznesə təsiri ilə bağlı daha çox konkretlik əldə olnana qədər marketinq xərclərini azaltmaq haqqında addımlar atıb.


The Coca-Cola Company-dən etiraf edirlər ki, belə zamanlarda marketinq kampaniyalarının effektivliyi daha az olur. Ancaq şirkətdən marketinq xərclərinin konkret nə qədər azaldıldığı ilə bağlı məlumat açıqlanmayıb.


Əgər şirkət mediainvestisiyaları qısa müddətliyinə də olsa saxlamağa qərara gəlsə, bu halda istisna deyil ki, çöl reklamı və eksperimental kampaniyaların büdcəsi TV və dijitalın xeyrinə dəyişə bilər.


Kompaniyadan işçilərin ixtisar olunmayacağına dair söz veriblər, deyirlər ki, onlar insanları qorumaq üçün əllərindən gələni edəcəklər. Şirkət bütün sistemin uyğunlaşmasının mümkün qədər sürətli olmasını təmin etmək üçün qlobal tərəfdaşları ilə daim əlaqədə olduğunu deyib.