Apple şirkəti koronavirus pandemiyası fonunda 20 milyon tibbi maska hazırlayıb.


Facemark.az-ın məlumatına görə, bu haqda şirkətin rəhbəri Tim Kuk özünün Twitter hesabı üzərindən məlumat verib.


Onun sözlərinə görə, Apple, həmçinin tibb işçiləri üçün həftədə 1 milyondan çox üzü qoruyan şüşə ekranlar istehsal etməyi planlaşdırır.




Ötən həftə şirkət ilk nümunələri ABŞ-dakı bəzi xəstaxanalara çatdırıb. Güman edilir ki, yaxın zamanda ABŞ-dan kənar yerlərə də çatdırılma həyata keçiriləcək.


Xatırladaq ki, 2019-cu ilin dekabrın 31-də Çin hökuməti elan etdi ki, Uhan şəhərində yeni xəstəlik aşkar edilib. Yeni tip koronavirusun adı rəsmi olaraq COVID-19-dur. ÜST isə mart ayında dünyada yeni koronavirus pandemiyasının olduğunu elan etmişdi.