SMM-xidmətlər sahəsi, bütün dijital kimi çətinliklər yaşayır.


Biznes-konsultant Konstantin Zaruçkiy CMS Magazine və Workspace ilə birlikdə bazarda bu gün baş verənləri analiz edib. Bu məqsədlə ötən həftə 236 agentlik rəhbərindən sorğu alıblar.


Sual isə bu idi, pandemiyanın iqtisadi nəticələri SMM-sahəsinə necə təsir edib?


Açar tədqiqat rəqəmləri


- Hər ikinci SMM agentliyi bu və ya digər dərəcədə layihəyə frilanser və subpodraçı qrupları cəlb edir.


- Podraçıların 1/3-i xidmətlərinin əksər hissəsini yalnız öz bölgələrində satır.


- İxtisaslaşma üçün ən populyar sahə FMCG-dir.


- SMM agentliklərinin yarısı son 4 ildir ki, fəaliyyətdədir.


- Sahənin icraçıları qeyd edir ki, vəziyyət ortadan aşağıdır, pessimistdir. Ancaq bununla belə, respondentlərin əksəriyyəti qeyd edir ki, agentliklərində işi 10 balla 8-9 kimi qiymətləndirmək olar.


- Anketdə iştirak edən respondetlərin 10-dan 3-ü deyib ki, onlayna keçəndən sonra işin keyfiyyətində xəfif də olsa enmə müşahidə olunub.


- Agentliklərin 2/3-indən isə deyirlər ki, onların müştərilərinin biznesində işlər neqativ xarakter daşıyır.


- İştirakçıların 40%-i isə gələn müraciətlərin əhəmiyyətli dərəcədə azaldığını deyib.


Respondentlərin cavabları əsasında yaranan növbəti mənzərə isə belə olub.


- Respondentlərin çoxu özlərinin biznesi üçün neqativ situasiyanı gözləyirlər, ancaq bununlar belə yeni imkanlar açmağa çalışırlar.


- Prezidentin (Rusiyada) qərarından 1-2 həftə əvvəl, bir çox dijital-agentliklər artıq əməkdaşları ilə məsafəli çalışma sistemində işləyirdi. Qeyd edək ki, yeni rejim agentliklərin əksəriyyəti üçün ağrısız olub.


- Böhrandan ən çox mənfəətli çıxan isə müştəriləri, əsasən əczaxana brendləri olan agentliklərdir. Həmçinin bura offlayn biznesini onlayına keçirmək istəyən və belə müştəriləri olan agentliklər üçün də vəziyyət heç də pis deyil. Vəziyyət müştərilərini çevik satış alətləri ilə təmin edəcək agentliklər üçün də optimistdir.


- Agentliklərin isə çoxu düşünür ki, dijital-bazar Prezidentin məhdudiyyətləri qaldırmasından 3 ay sonra özünü bərpa edə bilər. Yaxın gələcəkdə isə bir çox agentliklər əməkdaşları üçün KPI və bonus sisteminə yenidən baxmağı da planlaşdırır.


Araşdırmanın təm mətni ilə buradan tanış ola bilərsiniz.