MEGOGO, tvzavr və Digital Sales House IMHO -dan deyirlər ki, 2020-ci ilin martında onlayn-kinoteatrlara baxış sayında 3 dəfə artım qeydə alınıb. Bu rəqəm isə Yeni il tətilindəki nəticələri üstələyib.


Facemark.az-ın məlumatına görə, MEGOGO-dan deyiblər ki, ən yüksək artım Smart TV platformalarında və desktop-da müşahidə edilir – 2020-ci ilin fevralı ilə müqayisədə artım müvafiq olaraq 36 və 34%.


Oxşar mənzərə onlayn-kinoteatr tvzavrda da müşahidə edilir. Hər iki xidmət üzrə mobil baxışdan stansionara qədər artım müşahidə edilir. Məsələn planşet və smartfonlar üzrə baxış sayı 10% artım göstərib.


Nəticələr ondan xəbər verir ki, insanların evdə qaldığı bu uzun günlərdə onlar böyük ekranda professional hazırlanan video kontentin yerinə, sosial şəbəkələrdəki qısa videolara baxmağa üstünlük verir. Əgər axşam praym-taym 19:00 -22:00 hesab edilirdisə, indi bu vaxt daha da uzanıb və 16:00-dan 22:00-a qədər artıb.


Videoxidmətlərin pulsuz modelindən istifadə edənlərin sayında, həmçinin artım qeydə alınıb. Hesabatda qeyd edilir ki, artımdakı əsas səbəblərdən biri də onlayn-kinoteatrların tamaşaçılarına bonuslar təqdim etməyə davam etməsi də olub.