Ötən həftə Ascential kompaniyası reklam və yaradıcılıq festivalı “Cannes Lions”un keçirilməsini bu il ləğv etmək haqqında qərar qəbul etmişdi. Bildirək ki, daha əvvəl festivalın tarixi iyundan oktyabr ayına keçirilmişdir.


Güman edilir ki, belə bir qərara səbəb, aralarında iri reklam qrupları və agentliklərinin 2020-ci ildə təşkil ediləcək festivalda iştirak etməkdən imtina etməsi səbəb olub. Belə iri reklam qrupları və agentlikləri arasında isə WPP, Omnicom, Wieden + Kennedy və s. var idi.


AdAge nəşrindən isə deyiblər ki, festivalın təşkilatı komitəsinin vəsaitlərin geri qaytarılma prosedurundan “qaçacağı” güman edilir. Buna səbəb isə bu il pul ilə qəbul edilən müraciətlərin 2021-ci il üçün də qüvvədə olacağı göstərilib.


“Cannes Lions”un baş direktoru Filipp Tomas isə reklam sənayesinin nümayəndələrindən anlayış və kömək istəyib.


Festivalın müştərilərin çoxu, partnyorları, iştirakçıları doğrudan da milyardlarla aktivi olan iri şirkətlərin nümayəndələridir. Onlar bizdən qat-qat böyükdürlər. Əlbəttə, yenə də təşkilatların dünyada yaranmış vəziyyətlə bağlı çətin vəziyyətdə olduqlarını bilirik. Amma yenə də onlardan xahiş edirik ki, öz müraciətlərini geri çəkməsinlər. Çünki onlar 2021-ci ildə də qüvvədə olacaq.


Tomas demişdir ki, təşkilat komitəsi digər agentliklərin nümayəndələri və reklamverənləri üçün müraciətləri pulsuz olaraq yerinə yetirməyə hazırdır. O, həmçinin əlavə etmişdir ki, tərəflər arasında anlaşma olmadığı təqdirdə, onlar məsələni müzakirə edəcək, vəsaitin geri qaytarılması üzərində çalışacaqlar.