Google korporasiyası ilin ikinci yarısında marketinq xərclərini demək olar ki, yarıya qədər azaldacaq.


Facemark.az-ın məlumatına görə bu haqda CNBC nəşri şirkətin daxili sənədlərindən birinə istinadən yazıb.


Həmçinin şirkətin rəhbərliyindən isə deyiblər ki, onlar yeni əməkdaşların işə qəbulunu (daimi işçilər və müvəqqəti müqavilə əsasında çalışan işçilər) dayandırır. Şirkətin açıqlamasında deyilir ki, büdcənin azaldılması, eləcə də maketinq bölməsinə yeni əməkdaşların qəbulunun dayandırılması, təkcə bu bölməyə yox, digərlərinə də təsir edəcək.


Bu ölçülərin isə nə vaxta qədər davam edəcəyi isə açıqlanmır.


Google-un nümayəndəsi isə CNBC nəşrinə büdcə ixtisarının bir çox bölmələrdə olacağını deyib, amma konkret hansılar olacağını isə açıqlamayıb.


Qeyd edək ki, daha əvvəl Cowen&Co -nun analitikləri proqnoz edirdilər ki, Google və Facebook-un reklam gəlirlərində itki birlikdə 44 milyard dollardan çox ola bilər. Bunun səbəbi isə koronavirus pandemiyasından dolayı, markaların reklam xərclərini azaltması ilə bağlı idi.


Cowen&Co -nun araşdırması ilə bağlı ötən həftələrdə hazırladığımız videoya da keçid edib baxa bilərsiniz.