Google videokonfrans platforması Meet-ə pulsuz giriş elan edib.


Facemark.az xəbər verir ki, bu haqda şirkətin bloqunda məlumat verilib.


Belə ki, əvvəllər platformada zənglər yalnız pullu tarifli istifadəçilər üçün idi. İndi isə akkount pulsuz şəkildə başqa biri ilə ünsiyyət qura və özünün şəxsi konfransını təşkil edə bilər. Şirkət Google üzərindən yüklənə biləcək platformaları əsas gətirərək, platformaya pulsuz girişi mərhələli şəkildə edəcək. Məsələn, pulsuz tarif üzrə bir zəngə 100 nəfərə qədər şəxs qoşula biləcək. Ancaq bir zəngin vaxtı 1 saata qədərdir, ancaq şirkət söz verib ki, sentyabra qədər, vaxtda limit qoymayacaq.



Şirkətin bloqunda deyilib ki, kompaniya yanvardan bəri video zəng xidmətlərinə tələbin 30 dəfə artdığını müşahidə edib.


Proqrama gündəlik olaraq 3 milyona yaxın yeni istifadəçi qoşulur, hər ay isə 3 milyarda yaxın video görüş reallaşdırılır. Gündəlik konfranslarda iştirak edənlərin sayı isə 100 milyonu ötüb keçib.


Xatırladaq ki, daha əvvəl Google korporasiyası əməkdaşlarının iş kompüterlərində Zoom video xidmətinə girişini bloklamışdı.


Google belə bir qərar verməsinin səbəbini isə şirkətin təhlükəsizlik ilə bağlı probleminə görə etdiyini demişdi.