Qısa videoların mübadiləsi xidməti TikTok bütün dünya üzrə 2 milyard dəfədən çox yüklənib.


Facemark.az xəbər verir ki, bu haqda analitik platforma olan Sensor Tower-ın məlumatlarında deyilib.


Təkcə 2020-ci ilin birinci rübündə Google Play və App Store əlavələrində 315 milyon dəfədən çox yüklənmə olub. Bu rüb xidmətin tarixində ən məhsuldarı hesab olunur. TikTok-un xüsusilə Çində populyar olan digər tətbiq mağazalarında yüklənmə sayı isə bilinmir.



Sensor Tower-ın açıqlamasına görə, ən çox yüklənmə Hindistan, Çin, ABŞ üzrə olub. Ancaq qeyd etmək yerinə düşər ki, yüklənmə sayı, aktiv istitadəçilərin sayına bərabər deyil.


Bildirək ki, TikTok-dan isə hələki bu məlumat ilə bağlı şərh verməyiblər.