Rusiyanın iki PR agentliyi The Holmes Report-un TOP 10-ğuna daxil olub. Edelman yenə reytinqə başçılıq edib.


PR, reklam sahəsi üzrə beynəlxalq jurnal olan The Holmes Report 2019-cu il üzrə PR-agentliklərinin qlobal reytinqini hazırlayıb.


Facemark.az xəbər verir ki, jurnalın 2019-cu il üzrə reytinqində Rusiyadan iki agentlik iştirak edib. Bunlar Mixailov və Partyorları Strateji Kommunikasiya şirkəti (bu il 111-ci yerdə, 117-ci yerdə 2018-ci ildə) və Kommunikasiya şirkəti KROS (166-cı yer 2019-cu ildə, 130-cu yer 2018-ci ildə) olub.


TOP 5-liyə isə Edelman, Weber Shandwick, BCW, FleishmanHillard və Ketchum daxil olub, bunların hamısı isə ABŞ PR şirkətləridir.


Mixailov və Partyorları Strateji Kommunikasiya şirkətinin icraçı partnyoru Aleksey Ryabinkin isə deyib ki, “Biz müştərilərimizə ən yüksək səviyyədə xidmət göstərmək üçün daim çalışırıq. Çətin tapşırıqları isə müştərilərimizin maraqlarına uyğun kompleks şəkildə həll edirik.


Müştərilərimizə qarşı belə davamlı və diqqətli iş bizim dünya sıralanmasında mövqeyimizi qorumağa və inkişaf etdirməyə kömək olur”.



2019-cu il reytinqində PR agentliklərinin gəlirləri, törəmə şirkətlərin gəlirləri daxil olmaqla hesablanıb. TOP-10 daxil olan şirkətlərin 2019-cu ildəki gəlirləri təxminən 5,4 milyard dollara çatıb. Bu isə sabit valyuta ifadəsində bir öncəki illə müqayisədə 4,9% çoxdur. Maliyyə hesabatında belə yüksək gəlirlər ilk dəfə 2016-cı ildə qeydə alınmışdı. Reytinqin drayverləri isə BlueFocus (+10,8%), Ogilvy (+9,6%), Brunswick (+7,7%) və FleishmanHillard (+6,1%) idi.