cümə, 29 may 2020

Koronavirusdan dolayı bu kinofestival onlayn keçiriləcək: 10-21 iyun ərzində

247

Sidney kinofestivalı koronavirus pandemiyasına görə, həyata keçirilən məhdudiyyətlər fonunda onlayn keçiriləcək.

Facemark.az xəbər verir ki, bu haqda The Hollywood Reporter festivalın direktoru Naşen Mudlinin sözlərinə istinadən yazıb.

Proqramda Avsraliyanın sənədli filmlərinin dünya premyerası, təcrübəsi az olan rejissorların qısametrajlı filmləri, Avropadan olan qadın rejissorlar tərəfindən çəkilən filmlər yer alacaq.

Onlayn festival çərçivəsində ən yaxşı sənədli film, ən yaxşı qısametrajlı film, Avropalı rejissor qadınların çəkdiyi ən yaxşı Avropa filmi üzrə mükafatlar təqdim ediləcək.

Festival 10-21 iyunadək davam edəcək. Avstraliya filmlərinin nümayişinin texniki xüsusiyyətləri isə mayın sonunda bəlli olacaq.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün