SpaceX və Tesla şirkətinin təsisçisi İlon Mask (Elon Musk) altıncı dəfə ata olub. Uşağın anası isə müğənni Kler Elis Buşe-dir, o daha çox Grimes adı ilə məşhurdur.


Müğənni Grimes



Facemark.az-ın məlumatına görə, İlon Mask özünün Twitter platforması üzərindən yazıb ki, “ana və balaca özlərini yaxşı hiss edirlər”.



Bir az sonra isə biznesmen abunəçilərinin istəklərini nəzərə alaraq, balaca oğlanın fotosunu paylaşıb, foto sosial şəbəkə istifadəçilər arasında fərqli reaksiyalar doğurub. Mask akstravaqant yumoru ilə məşhurdur, o üzü tatu olan filtr ilə uşaq şəklini paylaşıb. İstifadəçilər, həmçinin Maskın daha əvvəllər atdığı tviti xatırlayıblar. Belə ki, o həmin tvitində deyirdi ki, ev də daxil olmaqla, bütün mallarını satır. İstifadəçilər isə gülərək deyib ki, onlar uşağın gələcəyindən narahatdırlar, belə ki, atasının yaşamaq üçün evi belə yoxdur.



SpaceX şirkətinin təsisçisinin yumorlarını nəzərə alaraq, istifadəçilər yeni dünyaya gələn uşağın adını da səbrsizliklə gözləyirlər. Ola bilsin ki, Mask artıq bir başqa tvitində uşağın adı ilə bağlı xəbər paylaşıb. Məsələn, o bunu “X Æ A-12 Musk” ilə şifrələmişdi. Amma o tvitində bu adın necə tələffüz edildiyini qeyd etməmişdi.


Yeni körpə Maskın sayca altıncı övladıdır. Belə ki, onun ilk həyat yoldaşı olan Justin Uilson-dan beş övladı var idi.


İlon Mask birinci həyat yoldaşı və uşaqları ilə