cümə, 29 may 2020

“White Square” festivalının prodüseri: Kreativ böhran şəraitində iqtisadiyyatın mühərrikidir

290

Cannes Lions, Clio və D&AD COVID-19 pandemiyası və bazardakı qeyri-müəyyənlikdən dolayı festivalı ləğv ediblər. Bundan başqa, Şərqi Avropanın kreativ festivallarından biri olan beynəlxalq yaradıcılıq və reklam festivalı - “White Square” festivalın ənənəvi vaxtını apreldən 24-26 iyuna təxirə salıb. Kreativ kommunikasiya bazarındakı vəziyyət və festivalların 2020-ci ildəki fəaliyyətinə dair rezonans haqqında “White Square” festivalının prodüseri və Belarusun Kommunikasiya və Marketinq Agentlikləri Assosiasiyasının İdarə Heyətinin üzvi Alena Ustinoviç ilə söhbətləşdik.

Bu gün reklam festivallarının əsas missiyası nədir və bu il festivalın keçirilməsini niyə vacib hesab edirsiniz?

Kommunikasiya sənayesi bu gün tarixində heç olmadığı qədər ilham, implus, drayv tələb edir. Dünya vəziyyəti düzəltmək üçün yeni, innovativ, kreativ ideyalara acılıq hiss edir. Sənayedə nəbzi ölçmək və zamana uyğun gəlmək üçün sadəcə hansı istiqamətdə getməli olduğumuzu anlamaq lazımdır. Bunun üçün isə təcrübələri bölüşmək, müxtəlif fikirləri paylaşmaq və işdə yeni həllər haqqında danışmaq lazımdır. Bunun üçün isə əlbətə ki, festivalla var. Sözsüz ki, bu cür festivallar kreativ ideyalar və kreativ insanlar üçün əsl bayramdır, faydalı bayram. Düşünürəm ki, hər kəs mənlə razılaşar ki, bu gün istənilən kreativ agentlikdə onun kreativ komandasının yaradıcılıq potensialı əsas resurslardan biridir. Belə ki, kreativ həllər pessimist xəbər axının çox olduğu bu dövrdə, marka ilə müştəri arasında kommunikasiya bağlarını gücləndirmək üçün əsas açardır. Bu isə asan iş deyil, güclü ilham tələb edir. Festivallarda dünyanın müxtəlif yerlərində hazırlanan kreativ layihələr, bu sahənin insanlarını motivasiya edir və daha yaxşı işlər ortaya qoymağa ilhamlandırır. Mənim “White Square” festivalının jüri üzvlərindən biri olan BBDO Middle East & Pakistan-dan Ali Reza-nın sözü yadıma düşdü. O, deyirdi ki, festivallar, bütün qayıqları hərəkətə gətirən dalğadır.

Hazırki bazar şəraitində festivallarda iştirak etməyə davam etmək bu agentliklər üçün doğru qərardımı?

Artıq bir aydan çoxdur ki, agentliklər uzaqdan da olsa, normal rejimdə işlərinə davam edirlər. Bu gün agentlik rəhbərlərinin əsas prioritetləri sırasına əməkdaşları qorumaq, müştərilərə xidmət etmək və biznesi dəstəkləməkdir. Bu siyahıya agentliklərin cəmiyyət və iqtisadiyyat qarşısındakı məsuliyyətini də əlavə etmək lazımdır. Belə ki, yaradıcılıq çətin vaxtlarda ortaya çıxır və ondan tələb edilir ki, mürrəkkəb həllər üçün çıxış yolu göstərsin. Biznes problemlərinin yaradıcı həlli agentliklərin əsas missiyasıdır. Buna görə də kreativlik müştərilər üçün vacib kriteriyalardan biridir. Müştəri təkcə agentlik deyil, özünə partnyor da seçir. Həmin partnyor onu irəliləmək üçün daha düzgün vektoru müəyyən edir. İndi dönüş nöqtələrindən biridir, kommunikasiya sənayesinin nümayəndələri bunun üçün özlərinin bütün güclərini birləşdirməlidirlər. Yeni bazar və sosial mədəni reallıqlar qarşısında duran çətin vəzifələrin həllində fəal çıxış etməlidirlər. Bu baxımdan reklam festivalları olduqca əhəmiyyət kəsb edir, belə ki, onlar kreativi dəstəkləməklə yanaşı, agentliklərə çox rəqabətli bazardan çıxmaq imkanı verir. Festivallar yaradıcı agentlikləri tanıtmaq üçün əsas vasitədir və onları reklam etməyin yollarından biridir.

Koronavirus yaxın zamanda marketinq və reklam sektoruna necə təsir edəcək?

Bu gün dünya görünməmiş hadisə ilə rastlaşdı. Koronavirus pandemiyası bir neçə həftə ərzində biznesdə qlobal dəyişikliyə səbəb oldu. Dünya əvvəl və sonraya ayrıldı və dünya iqtisadiyyatı və bəşəriyyətə meydan oxudu. İnkişaf üçün yeni, effektiv mənbələrin axtarışı və pandemiyanın atımı fonunda günü-gündən çətinləşir. İndi sanki müşahidə edirik ki, dünən işləyən bir keys, artıq bu gün işləmir. Xüsusilə biznes və marketinq görünməmiş dərəcədə və görünməmiş şəkildə inkişaf etməlidir. Reklam sahəsi həmişə biznesin əsas bölmələrindən biri olub. Mobillik, bazarda və ətrafımızda olan dəyişikliyə çevik, anında reaksiya vermək çox vacibdir. Bu Darvinin nəzəriyyəsindəki yeni şərtlərə uyğunlaşmaq qədər vacibdir. Bu gün isə biz dünya brendlərinin marketinqdəki fəaliyyəti və kommunikasiya agentliklərinin strategiyalarını bir sözlə belə ifadə etmək olar: Sağ qalmaq.

Davamı olacaq...

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün