Heinz şirkəti ketçup rəngində 570 hissədən ibarət pazl hazırlayıb.


Facemark.az-ın məlumatına görə, şirkət zamanı çox olan və son parçanı qürurla yerləşdirəcəyindən əmin olanlara meydan oxuyur.


Kampaniya Rethink reklam agentliyi ilə birgə hazırlanıb. Pazlı hazırlaya bilənlər, markanın Instagram səhifəsinə şərh yaza bilərlər. Qalibə Heinz-dən pazl hədiyyə ediləcək.


Qeyd edək ki, daha əvvəlki xəbərdə yazmışdıq ki, fast-food restoranları şəbəkəsi McDonald’s-ın Belçika bölməsi 500 detaldan ibarət, burger təsviri ilə pazl hazırlayıb.



Reklam agentliyi Rethink


Marka-HEINZ