Koronavirusun fərqli qitə və ölkələrə sürətlə yayılması Ümumdünya Səhiyyə Təşkilatını virusu bəşəriyyət tarixində ilk dəfə nəzarətə almağa çalışdıqları epidemiya elan etdi. COVID 19 varlı, kasıb, məşhur, adi insanların hamısını birləşdirdi. Yoluxmanın sürətinin belə artması insanlara bir gəmidə olduqlarını bir daha xatırlatdı. COVID-19 məşhur insanları bir-bir aradan götürür. Əcnəbi portallardan biri koronavirusdan ölən məşhurların adlarını bir araya yığmağa qərara gəlib.


1. Metyu Seliqman, Britaniyanın bas-gitaristi Metyu Seliqman London xəstəxanasında, 64 yaşında COVID-19-dan dünyasını dəyişib. Seliqman Thompson Twins qrupunda çalışıb. Devid Boui, Şineyd О'Konnor, Morrissi kimi məşhurlar ilə birgə səhnələrdə çıxış edib.



2. Norman Hanter, İngiltərə futbolunun ulduzu Norman Hanter 17 apreldə dünyasını dəyişib. 1960-1970-ci illərdə “Lids Yunayted” klublarında çıxış edib. 1966-cı ildə Dünya Çempionu olub. 1998-ci ildə isə İngiltərə Futbol Liqasının 100 ən yaxşı futbolçusu siyahısına daxil edilib. O, Aprelin 9-da xəstəxanaya yerləşdirilib, ancaq onun həyatını xilas etmək mümkün olmayıb. İdmançının 76 yaşı olub.



3. Moris Barie, məşhur fransız aktyor Moris Barie koronavirus epidemiyasından dolayı 11-12 Aprel gecəsi 87 yaşında dünyasının dəyişib. Ona məşhurluq isə 1966-ci ildə çəkildiyi, rejissor Roberto Rossellininin XIV Lüdovikin hakimiyyətə gəlməsi filmində D' Artanyan obrazı olub. Qara çəkmədə hündür sarışın (The Tall Blond Man with One Black Shoe- ing.) filmində Pier Rişar, Mirey Dark, Jan Roşfor ilə bir səhnədə oynayıb. Bir çox filmlərdə isə o, Jan- Pol Belmondo, Jan Qaben, Alen Delon, Jerar Jyuno ilə tərəf müqabili olub.



4. Hayime Ruis Sakristan, Meksikanın ən zəngin insanlarından biri olan Hayime Ruis Sakristan Aprelin 12-də 70 yaşında dünyasını dəyişib. Meksika Fond Birjasının Direktorlar Şurasının Nümayəndəsi COVID-19 testindən hələ 13 Mart-dan öncə keçib. Bildirilirdi ki, onun vəziyyəti stabildi, ancaq nəsə baş verdi, onun vəziyyəti ağırlaşdı, işadamı dünyasını dəyişib.



5. Draqoslav Kosmayac serb narkobaron Aprelin 12-də COVID-19-dan dolayı 67 yaşında dünyasını dəyişib. Kosmayac Balkanlarda ən böyük narkotik satıcısı hesab edilirdi.



6. Cey Benedikt Amerikalı aktyor, Cey Benedikt COVID-19-dan dolayı Aprelin 4-də dünyasını 68 yaşında dəyişib. O, Ulduz Müharibələri kimi blokbasterlərdə rol alıb. Ulduz Müharibələri: Epizod 4 - Yeni Ümid, Corc Lukas-filmin direktoru və Aliens, Ceyms Kemeron- filmin direktoru, Qaranlıq cəngavər: Bir əfsanənin canlanması, Fransız revolyusiyası, Karmen, Viktor/Viktoriya filmlərində rol alıb.



7. Marsel Moro, Belçika yazıçısı Marsel Moro, Aprelin 4-də 86 yaşında dünyasını dəyişib. Moro özünün ilk romanının 1957-ci ildə yazıb. O, SSRİ-də daxil olmaqla, bir çox ölkələrə səyahət edib. Onun dostları arasında Fransua Moriak, Alber Kamyu var idi. Simone De Bovuar isə onun yaradıcılığından çox bəhs edib.



8. Sergio Rossi, İtalyan dizayner, eyniadlı lüks brendin yaradıcısı COVID-19 koronavirus epidemiyasından dolayı Aprelin 2-də dünyasını dəyişib.



Sergio Rossi lüks brendi, həmişə İtaliya keyfiyyəti və klassik qadın dizaynına sahib istehlakçılar ilə assosiasiya olunub.


9. Fransisko Qarsiaya, 21 yaşlı İspan fulbolçu, “Atletiko Portada Alta” klubunun treyneri Fransisko Qarsiya 2020-ci ilin əvvəlində ona qorxunc bir diqanoz qoymuşdular: Xərçəng. Ancaq həkimlər etiraf edirdi ki, onun sağalma şansı ola bilər. Əfsuslar olsun ki, istedadlı oyunçu COVID-19-a yoluxdu, 15 martda dünyasını dəyişdi. Onun onkologiya sahəsində etdiyi müalicələr də getdi.



10. Lusia Boze, İtaliya kinosunun ulduzu, “Miss İtaliya” müsabiqəsinin qalibi martın 23-də koronavirus pnevmaniyasından dolayı həyatını itirib.


Onun kinodakı debütü isə 1950-ci ildə De Santisin direktor olduğu, No Peace Under the Olive Tree (Zeytun ağacı altında sülh yoxdur) filmi olub. Daha sonra isə o, Mikelanselo Antonionun “Bir sevginin tarixi” filmində Paola Molon obrazını canlandırıb.1953-cü ildə isə Antonio aktrisanı The Lady Without Camelias (Kameliası olmayan xanım) filmində Klar Mann obrazına dəvət edir. Daha sonra isə Fellinin Satirikon filmində rol alıb.



Məqalənin daha çoxunu oxumaq üçün linkə klik edin.