Bütün dünya koronavirus epidemiyası ilə mübarizə aparan bir dövrdə, 2020-ci ilin ilk rübündə ağıllı telefon satışları enib.


Facemark.az-ın məlumatına görə, Canalys-in araşdırmasında qeyd edilib ki, ilk rübdə ən çox satılan ağıllı telefonlar siyahısında Apple, Samsung və Xiaomi yer alıb.


İlin ilk rübündə iPhone 11, 18 milyon ədəd ilə ən çox satılan ağıllı telefon olub. iPhone 11 Pro 3 milyon, Pro Max modelləri isə 4 milyon ədəd satılıb. 8 milyon Redmi Note 8 və 8T modeli satan Xiaomi isə siyahıda ikinci olub.



Bu modelləri, 5 milyon ilə Redmi Note 8 Pro və 3 milyon ilə Redmi 8A izləyib. Samsung-un A51 modeli bu ilin ilk rübündə 6 milyon ədəd satıb, bu da onu ən çox satılan üçüncü ağıllı telefon edib.


Samsung; Galaxy A51-dən başqa, Galaxy A10, Galaxy A20 və Galaxy A01 də reytinqdə yer alıb.


2020-ci ilin I rübündə ən çox satılan ağıllı telefonlar isə bunlardır:


1)Apple iPhone 11
2) Xiaomi Redmi Not 8 ve 8T
3) Samsung Galaxy A51
4) Samsung Galaxy A10s
5) Xiaomi Redmi Not 8 Pro
6) Apple iPhone 11 Pro Max
7) Samsung Galaxy A20s
8) Samsung Galaxy A01
9) Xiaomi Redmi 8A
10) Apple iPhone 11 Pro