Zoom, mesajlaşma və fayl paylaşma xidməti Keybase-i aldığını bildirib.


Populyar video kommunikasiya platforması Zoom Video Communications, etdiyi açıqlamada təhlükəsiz mesajlaşma və fayl paylaşma xidməti Keybase-i aldığını deyib.


Facemark.az xəbər verir ki, Zoom bu alış ilə təhlükəsiz və şifrələmə mühəndisləri komandasını da əldə edir.


Bu isə onun platformada uçdan uca şifrələmə planının reallaşmasını sürətləndirəcək. Satış işləri ilə bağlı isə hələ ki bir məlumat paylaşılmayıb.


Zoom-un təhlükəsizlik mühəndisliyi bölümünə qatılan Keybase komandası Zoom-un platformadakı təhlükəsizlik və gizlilik bacarıqlarını təsbit edən və inkişaf etdirən 90 günlük plana vacib fayda verəcək.



Alış ilə bağlı məsələni dəyərləndirən Zoom-un CEO-su Erik S. Yuan isə deyib ki, “uçdan uca şifrələyən kommunikasiya platformaları var. Təhlükəsizlik funksiyaları asan inteqrasiya olunan kommunikasiya platformaları var. Rəsmi kommunikasiya platformaları var. Ancaq heç bir platformanın bütün bunları təqdim etdiyini düşünmürük. Zoom-un ortaya təqdim etmək istədiyi də budur. İstifadəçilərimizə təhlükəsiz, istifadə rahatlığı və ölçməyi bir nöqtədə təqdim etmək. Bu istiqamətdə ilk addımımız doğru komandanı bir araya gətirmək olub.


Keybase, dərin şifrələnmə və təhlükəsizlik təcrübəsini Zoom-a interqasiya edəcək. Max və onun komandası ilə bir yerdə çalışacağımıza görə isə çox həyəcanlıyıq. Bir-biriləri ilə harmoniyada olan təhlükəsizlik mühəndisləri qrupunu komandamıza qatmaq, təhlükəsizlik işlərimizi reallaşdırdığımız 90 günlük planımızda da vacib bir inkişaf təmin edəcək”.


Zoom-un qısa tarixi ilə bağlı hazırladığımız video çarxa isə buradan baxa bilərsiniz.