Sumqayıt Texnologiyalar Parkı gənc və perspektivli insanlar üçün ilkin təcrübə tələb etməyən ödənişli təcrübə proqramını həyata keçirdir. “Sənin Təcrübə Proqramın” adlanan layihə 18-30 yaşlı gənclərin ixtisas/peşə biliklərinin artırılması və bacarıqlarının iş sahəsində inkişaf etdirilməsi məqsədini daşıyır. Layihə iştirakçılara peşə yolunda ilk təcrübələrinin Azərbaycanın istehsal sənayesinin qabaqcıl şirkətlərindən birində əldə etməyə imkan yaradır. Bundan savayı, fəaliyyəti zamanı xüsusi həvəs, bilik və bacarığı ilə seçilənlər müəssisədə iş fəaliyyətini davam etdirmək imkanını əldə edəcəklər.


Bu layihə STP-nin həyata keçirdiyi ilk təcrübə proqramı deyil. Bundan öncə də anoloji layihələr həyata keçirilmişdir və hazırda yüzdən çox belə proqram iştirakçısı STP-də iş fəaliyyətinə davam edir. Bu cür layihələrlə STP həm bilikli və bacarıqlı gəncləri öz fəaliyyətinə cəlb etmək, həmçinin istehsal sahəsində kadr çatışmazlığının azalmasına töhfə verir. STP-nin təcrübə proqramlarında iştirak etmiş şəxslər rahatlıqla digər müəssisələrdə iş tapa bilirlər.


Layihədə orta məktəb, peşə ixtisası, lisey, kollec və ali təhsili olan gənclər müraciət edə bilər. İştirak etmək istəyən şəxslər təhsili təsdiq edən sənədlər (əgər varsa), iştirak etdiyi əlavə kurs və təlimləri təsdiq edən sənədləri (əgər varsa) və CV-lərini mövzu hissəsində “STP 6 aylıq təcrübə proqramı” qeyd etməklə cv@stp.az ünvanına 20 may 2020-ci il tarixinədək göndərməlidirlər. 20 may 2020-ci il tarixindən sonra göndərilən müraciətlər təcrübə proqramı üçün baxılmayacaq.


Qeyd edək ki, seçilmiş namizədlər Texnoparkda 6 ay işləyəcəklər və aylıq 300 azn xalis əməkhaqqı alacaqlar. Müəssisə 5 günlük iş qrafiki ilə çalışır. Zavod işçiləri 08:00-17:00, ofis işçiləri 09:00-18:00 saatlarda işləyirlər. İşçilər nahar və nəqliyyat xidməti ilə təmin edilir.


“Sənin Təcrübə Proqramın” aşağıdakı vakansiyaları əhatə edir:



Təcrübə üzrə vakansiya


Təhsil tələbi


1


Mühəndis avtomatik


Ali


2


Mexanik


Orta/ Peşə / Ali


3


Operator


Orta/ Peşə / Ali


4


Avtomobil təmiri üzrə usta


Orta/ Peşə / Ali


5


Elektrik montyoru


Ali


6


İlməkçi / Fəhlə (Yükləyici)


Orta/ Peşə / Ali


7


Laborant


Ali


8


Polimer qaynaqçısı


Orta/ Peşə / Ali


9


Qaynaqçı (əl-elektrod, yarımavtomat, arqon)


Orta/ Peşə / Ali


10


Quraşdırıcı çilingər


Orta/ Peşə / Ali


11


Təmirçi çilingər


Orta/ Peşə / Ali


12


Rəngsaz


Orta/ Peşə / Ali


13


Qumlayıcı


Orta/ Peşə / Ali


14


Hidravlik-çilingər


Orta/ Peşə / Ali


15


Elektrik-çilingər


Orta/ Peşə / Ali


16


Tornaçı


Orta/ Peşə / Ali


17


Dülgər


Orta/ Peşə / Ali


18


Qaz kəsicisi


Orta/ Peşə / Ali