“Rusiyada ilk dəfə kofe istehlakı çayı üstələyib və populyarlıq əldə edib. 2019-cu ildə Rusiyada bütün növ kofe istehlakı 180 000 tona çatıb”.


Facemark.az-ın məlumatına görə, bu haqda RBK nəşri Rosçaykofe Çay və Kofe İstehsalçıları Assosiasiyasının baş direktoru Ramaz Çanturiyanın sözlərinə istinadən yazıb.


Çanturiya həmçinin deyib ki, bitki qarışığı olan çaylar istisna olmaqla, digər növ çayların istehlakı isə anoloji dövrdə 140 000 ton olub.


Nəticələrə,əsasən demək olar ki, qonşu ölkədə ilk dəfə kofenin istehlakı çayı ötüb keçib. 2017 və 2018-ci illərdə isə Rusiyalılar eyni miqdarda çay və kofe istehak etmişdilər – hər biri 160 000 ton. Kofenin ölkəyə gətirilməsi ilə bağlı nəticələrin çaydan yüksək olduğunu ölkənin Gömrük Xidməti də təsdiq edir. Məsələn, ötən il Rusiyaya 413 000 ton əsas növ kofe məhsulları (paketləşdirilmiş kofelər istisna olmaqla) və 314 000 ton bütün növ çay məhsulları idxal edilib. Kofe, əsasən ölkəyə Vyetnam, Braziliya, İtaliyada, çay isə Hindistan, Şri-Lanka və Keniyadan gətirilib.


Bildirilir ki, Gömrük Xidməti birinci növbədə xam məhsulu, Rosçaykofe isə hazır məhsulları diqqətə alır.