COVID-19 pandemiyası səbəbi ilə yaranmış vəziyyətə uyğun olaraq bütün dünyada yeni vərdişlər meydana gəlməyə başladı.


Ümumdünya Səhiyyət Təşkilatı (ÜST) ərazisindən və əhalisindən asılı olmayaraq hər kəs üçün virusdan qorunma tədbirləri müəyyənləşdirdi və hər kəsi sağlamlığı naminə onlara əməl etməyə səslədi.


“Endorphin” reklam agentliyindən facemark.az-a verilən məlumata görə, bu tədbirlər arasında şəxsi gigiyenaya daha çox diqqət yetirilməsi və tibbi maska taxılması ilk sıralarda yer alırdı.


“Virusun daşıyıcısı ilə yaranmış istənilən təmas xəstəliyə yoluxmağa səbəb ola bilər ki, bunun da qarşısını almağın ən optimal yollarından biri tibbi maskadan istifadə etməkdir.


Lakin bəzi insanlar bu tövsiyələri olduğu kimi qəbul etmir və özünəməxsus yeni qaydalar ortaya çıxarır. Beləliklə də maskanın qoruyucu qüvvəsi də sıfıra enmiş olur. Maskadan düzgün istifadə edilmədiyi təqdirdə virusdan qorunmaq heç cür mümkün deyil.


Təbii olaraq, bununla bağlı bir çox yerdə qarşımıza maskadan düzgün istifadə qaydaları haqqında məlumatlar çıxmağa başladı. Pasha Life isə tərs psixologiya məntiqi ilə maskadan yanlış istifadə məsələsini işıqlandıraraq məsələyə diqqət çəkməyə çalışdıq və bu mövzuda posterlər hazırladıq. Posterlərin mesajı isə “Virusdan belə qorunmazlar!” oldu. Sosial çağırış xarakteri daşıyan bu posterlərdə maskadan yanlış istifadə edilməsinin kənardan necə göründüyünü insanlara göstərməyə çalışdıq. Bununla da insanları təhlükəsizlik tədbirlərinə daha ciddi əməl etməyə təşviq etdik”, - deyə Agentlikdən bildirilib.