cümə, 29 may 2020

İnsan resursları gözü ilə işə qəbul


İlkin Mirzəzadə


181

Müasir dövrdə İnsan Resurslarının biznesdə rolu danılmazdır. Ümumilikdə bir biznesin iki ana müştərisi vardır. 1-cisi xarici müştəriləridir. Yəni, alıcılar, sifarişçi şirkətlər və s. 2-cisi isə daxili müştərilərdir. Daxili müştəri dedikdə şirkətin çalışanları nəzərdə tutulur.

Daxili müştərilərin loyallığını qorumaq üçün isə insan resurslarının əhəmiyyəti olduqca böyükdür. Düzgün işə qəbul sayəsində daxili müştərilərin effektiv fəaliyyəti təmin olunur.

Düzgün olmayan işə qəbul şirkətin daxili müştəriləri arasında çaşqınlığa səbəb olur, hətta bu düzgün olmayan işə qəbul siyasəti davam edərsə özü ilə böyük demotivasiya dalğası, tükənmişlik sindromları, şirkətə inamsızlıq və s. kimi uzun müddətdə həll olunacaq problemləri özü ilə gətirir.

Düzgün işə qəbul isə məhz şirkətin işə qəbul meneceri və ona paralel digər struktur bölmə rəhbərlərinin birbaşa iradəsindən asılı olaraq həyata keçirilir. İşə qəbul meneceri düzgün şəxsi seçməzsə və aidiyyatı bölmə rəhbərləri bu düzgün olmayan işə qəbul olan şəxsi qəbul edərsə şirkətin daxili müştəriləri arasında olan sarsıntını müəyyən dərəcədə nəzərə almalıdırlar.

Ümumilikdə şirkətin işə qəbul mərhələsi tələbin alınması (request) ilə başlayır və sınaq müddətinin bitməsi ilə bitir. Ola bilər ki, işçi işə başlasın, lakin onun işə qəbul olmağı heç də işə qəbul mərhələsinin tam bitməsi demək deyildir. İşə qəbul mərhələlərinin hamısını keçdikdən sonra şəxsin düzgün şəkildə komandaya uyğunlaşması üçün oryentasiya və digər tədbirlər görülməlidir.

Oryentasiya tədbirləri düzgün görülmədikdə yeni qəbul olunmuş işçilərdə çaşqınlıq yarana bilər və onların beynində suallar yarana bilər. Bu sualları isə heç də hər işçi həmin dəqiqə hər hansı şəxsə verə bilmir, çünki heç bir insanın xasiyyətinə və işə məsuliyyətlilik dərəcəsinə görə aid edə bilmir.

İşçiyə mütləq şəkildə görəcəyi işlər barəsində xüsusi təlim keçirilməli, işləyəcəyi yer əvvəlcədən hazırlanmalı, hətta elektron mailinə qədər açılmalıdır ki, işçinin bu kimi proseslərə, həm vaxtı getməsin, həm də işçinin gözündə şirkət daha da yüksəlsin.

Yanlış işə qəbulun isə özü özlüyündə şirkətə və şirkətin daxili müştərilərinə əks təsiri vardır. Şirkət cəhətdən ödənilmiş maaş və son haqq hesab, təlimlərə çəkilmiş xərc, telefon maliyyəti və aidiyyatı şəxslərin ümumi zaman itkisini, daxili müştəridə isə motivasiyanın aşağı düşməsi, şirkətdə mərkəzdən qaçma meyllərinin artması, inamsızlıq və s. kimi xüsusiyyətləri göstərmək olar.

İşə qəbul özü özlüyündə isə 2 mənbəyə bölünür. Daxili və xarici

Daxili işə qəbulda ən əsas üstünlüklərdən biri şirkətin işçiləri arasında motivasiyanın artması, işə qəbul maliyyətinin aşağı olması, şirkəti tanımasıdır.

Xarici işə qəbulda isə ən əsas üstünlüklərindən biri şirkətdə qan dövranının yenilənməsi, yəni yeni ideyaların gətirilməsi, başqa şirkətlərlə müqayisədir. Lakin mənfi cəhətlərindən isə gec adaptasiyanın olması və bahalı olması misal gətirilə bilər.

Yekun olaraq onu deyə bilərəm ki, işə qəbul mərhələsində namizədi işə qəbul edərkən daha detallı seçmək, işdən azad edərkən isə daha çevik işdən çıxarmaq vacibdir.

İlkin Mirzəzadə, blogger

Yazıya səsli qulaq asmaq üçün link https://we.tl/t-0I0CZdS8gU

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün