Tanışlıq saytı “Tinder” yeni reallığa uyğunlaşır və 2020-ci ilin ikinci rübündə xidmətə video çat-ı da əlavə edəcəyinə söz verib.


Facemark.az-ın məlumatına görə, bu haqda Match Group-un (adıçəkilən tanışlıq saytını idarə edir) 2020-ci ilin birinci rübü ilə bağlı hesabatında deyilib.


Şirkət COVID-19 pandemiyasından dolayı xidmətin pullu versiyasına olan tələbin azaldığını qeyd edib. Xüsusilə 2020-ci ilin mart və fevralında pullu abunə sayında azalmanın olduğu bildirilib. Apreldə isə vəziyyət bir qədər stabilləşib.


Eyni zamanda xidmət pandemiyada xeyli populyarlaşıb. Belə ki, insanlar xidmətdən istifadə etməklə, evdən çıxmadan belə yeni insanlar ilə tanış ola bilirdilər.


Şirkət Tinder-də iki nəfər üçün çat funksiyasını, (indi isə istifadəçilər yalnız bir-biriləri ilə yazışa bilirlər), həmçinin özünün digər məhsullarına striminq üçün imkanlar əlavə etmək haqqında düşünür.