McDonald's şəbəkənin bərpası üçün marketinq xərclərini artıracaq. Xüsusilə səhər yeməklərinin reklamı üzrə xərclər daha da artırılacaq, çünki bu sahə pandemiya zamanı satışları ən çox azalan olub.


McDonald's fast-food restonları şəbəkəsi onun bərpasını sürətləndirmək üçün marketinq xərclərini əhəmiyyətli dərəcədə artıracaq.


Facemark.az-ın məlumatına görə, bu haqda AdAge portalı yazıb.




Pandemiya zamanı insanlar evdə yemək yeməyə vərdiş edir və onları yenidən cəlb etmək isə daha çox xərc tələb edir.


Şirkətin baş icraçı direktoru (CEO) Kris Kempçinski isə normal iş fəaliyyətinə qayıtdıqda sonrakı yenidən bərpa planlarını açıqlayıb.


Xüsusilə ilə isə planlaşdırılır ki, marketinq və reklama olan xərclər hər bir McDonald's bölməsinin aylıq gəlir həcminə görə artırılsın. O ümumi satışların təxminən 4%-ni təşkil edir.


2019-cu ildə McDonald's-un ümumi satışlarının həcmi $100,2 milyard, yaxud aylıq $8,35 milyard olub. Ancaq ümumi investisiyaların həcmi isə daha aşağı olacaq. Marketinq xərclərinin artırılması isə ABŞ, Avstraliya, Kanada və digər vacib bazarlar üzrə olacaq.


Kempçinski deyir ki, belə bir qərar şəbəkənin yenidən bərpa olunmasını sürətləndirəcək və satışları stimullaşdıracaq. O, deyib ki, birinci növbədə McDonald's-da səhər yeməklərinin satışları üzrə reklamlara ayrılan xərc artırılacaq.


Belə ki, bu bazar epidemiya dövründə digərləri ilə müqayisədə əhəmiyyətli dərəcədə azalmışdır. Çünki karantində insanların işə və təhsil müəssisələrinə getmələrinə icazə yox idi.


Şirkətin baş icraçı direktoru Kris Kempçinski haqqında hazırladığımız fmr videoya isə buradan baxa bilərsiniz.