cümə, 29 may 2020

Instagram-da şərhlər ilə bağlı vacib yeniliklər gözlənilir – Foto

200

Populyar sosial media platforması Instagram, abunəçi sayı çox olan Instagram istifadəçilərinin işlərini asanlaşdıracaq bir sıra yeniliklər gətirir.

Facemark.az-ın məlumatına görə, platforma birinci növbədə şərhləri toplu silmə funksiyasını test etməyə başlayıb.

Instagram-da bir posta çox sayıda şərh gələn zaman onları tək-tək silmək zaman alırdı. Bu da şərh sayına bağlı olaraq ciddi zaman alırdı. Yeni funksiya ilə istifadəçilər 25 şərhi bir anda silə biləcəklər. İstifadəçilərə bundan başqa, “şərhi sabitləmə”, “toplu hesab bloklama”, “toplu şərh silmə” funksiyaları da əlçatan olacaq.

Şərhi sabitləmə funksiyası ilə YouTube-dakı kimi paylaşıma gələn istədiyiniz üç şərhi əvvələ əlavə edə biləcəksiniz. Platforma, izlənilməyən hesabların kontentinə etiketləməyi də bloklayacaq. Şərhləri toplu silmək üçün isə “Şərhləri İdarə Et” bölməsinə daxil olub, şərhləri toplu seçib təmizləmək mümkün olacaq.

Yuxarıda qeyd olunan funksiyalar yaxın zamanda bütün Instagram istifadəçiləri üçün əlçatan olacağı gözlənilir.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün