Türkiyənin Arçelik şirkətinin 2020-ci ilin I rübündə xalis mənfəəti 13,4% artımla 255,7 milyon lirə (təxminən 38 milyon dollar-red.) olub. Koronavirus pandemiyasından dolayı isə 2020-ci il ilə bağlı proqnozlar özünü doğrultmayıb.


Facemark.az-ın məlumatına görə, Arçelik-in KAP-a (cəmiyyəti aydınlatma platforması) göndərdiyi cari ilin ilk rübü nəticələrinə görə, ümumi satış gəlirləri 12,5% artaraq 7,77 milyard lirəyə (1 milyard dollardan çox-red.) çıxıb.


Arçelik koronavirusdan dolayı yaranan vəziyyət və yavaşlamaya görə, fəaliyyət göstərdikləri ölkələrdə tədarük, istehsal, satış ilə bağlı axsamaların ola biləcəyini bildirib. Əlavə edib ki, 2020-ci ilin fevralında elan edilən proqnozlar etibarlı deyil.