cümə, 29 may 2020

TikTok-a yeni CEO gəlir – İyunun 1-dən vəzifəsini icra edəcək - Foto

187

TikTok-a Disney-dən Kevin Mayer rəhbərlik edəcək. İyunun 1-dən o xidməti idarə edən ByteDance kompaniyasında öz işinə başlayacaq.

Walt Disney-də video yayım xidmətlərinə rəhbərlik edən Kevin Mayer öz postunu tərk edir.

Facemark.az xəbər verir ki, müvafiq xəbər Disney-in özünün saytı üzərindən bildirilib.

Onun vəzifəsini Rebekka Kempbell icra edəcək. O, kompaniyanın striminq xidmətlərinə (Disney+, ESPN+, Hulu и Hotstar) nəzarəti həyatə keçirəcək. Həmçinin bura beynəlxalq kanal Disney, Fox Networks International və Star India da daxildir. Kevin Mayer isə ByteDance şirkətində baş əməliyyatlar direktoru vəzifəsini icra edəcək.

O, vəzifəsi çərçivəsində Helo-nu idarə edəcək, musiqi və oyun bölmələrinə nəzarət edəcək və TikTok-un baş icraçı direktoru CEO-su olacaq. Mayer öz vəzifəsini iyunun 1-dən icra etməyə başlayacaq.

Qeyd edək ki, ByteDance startapdır, Çinli iş adamı Jan İmin tərəfindən yaradılıb. Kompaniyanin ilk tətbiqi xəbər toplama əlavəsi Toutiao olub, 2016-ci ildə isə TikTok yaradılıb.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün