COVID-19 pandemiyası bütün dünyanı şok etdi və iqtisadiyyatını zəiflətdi. Virusun ortaya çıxdığı ilk vaxt isə 2019-cu ilin sonları idi. Öncə bunun təsirləri Çində hiss olunurdusa, indi isə dünyanın dörd bir yanı virusdan dolayı, sanki klidlənib. Bir çox müəssisə bazarda sağ qalmaq üçün mübarizə aparır, ancaq marketinq isə onların yenidən bərpası üçün vacib rol oynayacaq. Sual doğur ki, virusun marketinq və satışa təsiri necə olacaq? Bu yaxınlarda 237 brend ilə krizis ilə necə mübarizə apardığını öyrənmək üçün onların arasında sorğu təşkil etdik.


Həmçinin, internetdə axtarışlarımız zamanı, bu istiqamətdə aparılan digər statistikaları da əldə etdik. Sorğumuz zamanı belə qənaətə gəldik ki, virusun yaratdığı vəziyyət bəzi sahələrə daha az təsir edib. Pandemiya dövründə məhsullarına tələbatın çox olduğu müəssisələr, istehlakçıların tələbatını qarşılamaq üçün mübarizə aparırlar. Belə demək mümkünsə, lüks və xidmətlə əlaqəli olan sahələr özlərinin çiçəklənmə dövrünü yaşayıb, amma zamana ayaq uydurmayan firmalar və müəssisələr isə, məsələn ənənəvi media kimi sahələr böhranın yaratdığı təsirlərdən əziyyət çəkiblər. Məsələn, uzun müddətdir ki, yayım edən jurnal naşirləri sektordan çəkildilər. Apardığımız sorğu 2020-ci ilin martın sonlarını əhatə edir və internetdən tapdığımız, pandemiya ilə bağlı statistikalar da təxminən eyni periodu əhatə edir.


Sorğu apardığımız markaların nümayəndələrinin 69%-i proqnoz edir ki, 2020-ci ildə reklam xərclərini azaldacaqlar.



Sorğu martın əvvəlindən alınsa da, respondentlər artıq virusun yaratdığı təhlükələri hiss edirdilər. Onların 69%-i reklamları dayandırmanın ehtimal və çox ehtimal olduğunu qeyd etmişdilər. Çox güman ki, belə respondentlərin markaları virusun pik yayıldığı, ölkənin klidləndiyi bazarlar idi. Onlar belə vəziyyətdə aydındır ki, satılmayan məhsullarının reklamını da dayandırmışdılar.


Respondetlərin 65%-i isə martda gəlirlərində bir azalmanın olduğunu qeyd edib.



Geridə qalan respondentlərin çoxunun isə müsbət bir cavab verməsi onunla bağlıdır ki, onlar virusun pik yayıldığı bazarlarda olmayıblar və məhsullarına tələb çox olub.


Aşağıda Stackline-dan maraqlı bir məlumat əldə etmişik. Onlar ABŞ e-commersiya sektorunda satışların ən çox yüksəldiyi və ən çox azaldığı sahələri müqayisə edir. Müqayisə 2019-cu il mart, 2020-ci il martı əhatə edir.




Sorğunun aparıldığı dövrdə, respondentlərin 74%-i təmsil etdiyi şirkətin sosial media hesablarına daha az post paylaşımı ediblər.



Təəccüblü deyil ki, sorğuda iştirak edən firmaların ¾-ü sosial mediada paylaşımlarını yavaşladıb. Bir çox firmaların bağlandığını və fəaliyyətlərini dayandırdıqlarını nəzərə aldıqda bu heç də təəccüblü deyil, amma evdən işlərini davam etdirənlər isə az da olsa, paylaşımlarına davam ediblər.


Respondentlərin 34%-i sosial şəbəkə vaxtlarını Instagramdan Twitter üzərinə aparıblar.



RivalIQ tədqiqatından aldığımız nəticələr və öz sorğularımız göstərib ki, karantin dövründə insanların istifadə etdikləri sosial şəbəkədə bir dəyişiklik baş verib. Belə ki, istifadəçilərin çoxu Twitter-ə fokuslanıblar. Bu isə ona görədir ki, bu məcrada daha çox xəbər mərkəzli olub. İnsanların vaxt keçirdiyi digər bir məcra isə Facebook olub ki, bu isə orada iş görmək üçün deyil. Yaxın dostları, tanışları haqqında məlumat almaq ehtiyacından dolayı yaranıb. Bunun nəticəsidir ki, sorğuda iştirak edənlər bir neçə həftə əvvəl ilə müqayisədə Instagram sosial şəbəkəsində daha az zaman keçiriblər.


Respondentlərin 38%-i isə deyir ki, onlar koronavirusun iqtisadiyyat üzərində yaratdığı təsirləri nəzərə alaraq işçiləri işdən çıxarmaq məcburiyyətində qalacaqlar.



İtaliyan şirkətlərinin 76% isə deyib ki, onlar COVID-19-un yayılmasından dolayı yaranan fövqəladi vəziyyətin təsirlərini dərhal hiss ediblər.



Şübhəsiz ki, COVID-19-un pandemiyasından ən çox əziyyət çəkənlər italyanlar idi. Virusun təsiri bu ölkədə çox acınacaqlı olub.


Sorğuda iştirak edən 4 şirkətdən biri marketinq fəaliyyətlərini artıracağını deyir. Onların 41%-i mediada fəaliyyətlərini qorumaq və artırmaq üçün məqamdan istifadə etmək niyyətindədirlər.



Respondentlərin daha azı, 28%-i isə inanır ki, onlar satışlarını artıracaq. KLAVIYO COVID-19 pandemiyası zamanı hər gün 30 000 biznes subyektini araşdırıb. Maraqlısı budur ki, biznes sahiblərinin çoxu virusun yayıldığı pik vaxtda belə satışlarını artıracağı ilə bağlı proqnozları optimist idi.



Aşağıdakı fotoda isə satışlarının artdığını söyləyən brendlərin məhsullarının lazımlılıq dərəcəsinə görə qruplaşdırılıb.



Twitter -də MART-da COVID-19 ilə bağlı söhbətlər 4X artıb. Sosial şəbəkə elan edib ki, martda COVID-19 ilə bağlı söhbətlər daha əhəmiyyətli olub. Qlobal miqyasda mövzu ilə bağlı söhbətlər, fevral ilə müqayisədə martda 4 dəfə artdı. Təkcə fevralda, COVID-19 ilə bağlı gün ərzində 1 milyona yaxın post var. Martın ortalarında isə ABŞ-da fövqəladə vəziyyəti elan edilməsindən sonra, belə postların sayı gündə 20 milyona yüksəlib.



Virusun təsirlərinin pik hiss edildiyi bazarlarda Facebook Messencer-dən istifadə


Koronavirus zamanı populyarlığı artan digər sosial platformalar ani mesajlaşma tətbiqləri olub. Facebook korporasiyası, son bir neçə ayda, istər messencer, istərsə də, Whatsapp-ın istifadəsində artım olduğunu qeydə alıb. Koronavirusdan dolayı klidlənən ölkələrdə ani mesajlaşma tətbiqlərindən istifadənin artımını nümayiş ediblər. Facebook müşahidə edib ki, böhranın başladığı İtaliyada onun tətbiqlərində 70%-dən çox zaman keçiriblər. Instagram və Facebook Live-də baxış sayı bir həftə içində 2 dəfə artıb. Qrup zəngləri (üç və daha çox şəxsin iştirak etdiyi) bir ayda 1,000%-dən çox artıb.


Koronavirus ilə bağlı ınfluencer postları 2,9 milyadı ötüb keçib


CreatorIQ 1,4 milyondan çox Instagram ınfluencer postlarını analiz edib. Onlar postlara əlavə edilən #coronavirus, #covid19, #covid, #pandemic, #coronavirusoutbreak həştəqlərinin olduğunu müşahidə ediblər. Məsələn ən populyar həştəq #coronavirus olub. Bu həştəqdən 466,175 postda istifadə edilib və 1,882,051,405 engagements alıb. Ümumilkdə isə 800 000 -dən çox influencer postu qeydə alınıb, nəticədə 2,9 milyon engagements alıb. Ən populyar sosial həştəq isə #stayhome olub. 173,005 postda qeydə alınıb və 512,286,746 engagements alıb.


Televizora baxış gündə 219 dəqiqəyə yüksəlib


İnsanların çoxu karantin zamanı evdə qalmaq məcburiyyətində olduqları üçün televiziyaya baxış sayı da artım nümayiş etdirib. İngiltərədə aprelin 5-də bitən həftədə TV-yə baxış gün ərzində 219 dəqiqəyə yüksəlib. Bir öncəki həftədə azalmanın olmasına baxmayaraq, bu rəqəm 2019-cu ilin anoloji dövrü ilə müqayisədə 40 dəqiqə daha çox olub. Bu rəqəmlərə Netflix kimi platformalara baxış sayı daxil deyil.


Reklamlara daha çox pul xərclədiyini deyən markaların sayının artması


KLAVIYO şəbəkəsinin gəldiyi nəticələr müsbət yönümlüdür. Markaların 22%-i reklamlara daha çox pul xərclədiklərini deyirlər. Təəccüblü deyil ki, artan reklamın böyük hissəsi tələbatın çox olduğu məhsullar üzrə və daha niş, qeyri-zəruri məhsullar satan markalardan gəlir.


Reklam xərclərinin artımının 52%-i xəbərlər sektorundan gəlib



Araşdırma ilə bağlı digər detallar









Araşdırma ilə daha ətraflı tanış olmaq üçün link:


https://influencermarketinghub.com/coronavirus-marketing-ad-spend-report/