cümə, 29 may 2020

Xiaomi ultrabənövşəyi lampalar ilə virusdan qoruyucu maska hazırlayacaq

198

Xiaomi kompaniyası özünün şəxsi üz üçün nəzərdə tutulan maska istehsalına hazırlaşır.

Facemark.az-ın məlumatına görə, bu haqda TechCrunch nəşri yazıb.

Aeri adlandırılan belə üz üçün sipərin istifadə müddəti isə ay yarım hesablanıb. Aerinin xüsusiyyəti ondan ibarətdir ki, onda çıxarılan bilən filtrlərdən istifadə edilib və müdafiə qabiliyyəti isə N95 maskaları ilə oxşardır.

O, digər fərdi müdafiə vasitələrindən fərqli olaraq çox şəffafdır. Hətta siz ondan istifadə etsəniz belə, smartfonlarınızı kliddən (bir çox smartfonlarda klidi açmaq üçün ekranı üzə yaxınlaşdırmaq lazımdır) çıxara bilərsiniz. Dezinfeksiya üçün ultrabənövşəyi lampalar maskanın daxilinə inteqrasiya edilib. Onu təmizləmək üçün isə şarja qoymaq lazımdır, amma məhsulun xarici səthi yenə də təhlükə olaraq qaldığından istifadəçinin özü təmizliyə məsul olmalıdır. Aeri maskasının modul dizaynı maskanı öz ehtiyaclarınıza uyğun dəyişdirməyə imkan verir.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün