cümə, 29 may 2020

TikTok dünyanın ən bahalı startapı titulunu qoruyub saxladı: Bloomberg yazır

207

Çin şirkəti ByteDance-nin (TikTok kiçik videolar istehsalçısı) kapitalizasiyası (bazar dəyəri-red.) son investisiya raundlarından sonra 140 milyard dollara çatıb.

Facemark.az-ın məlumatına görə, bu haqda Bloomberg nəşri yazıb.

İki il ərzində onun bazar dəyəri 1/3 nisbətində artıb və yüksəliş 75 milyard dollardan başlayıb. Bu rəqəm ilə ByteDance şirkəti HSBC bankı, IBM korporasiyası kimi nəhənglərin liqasına daxil olmağı bacarır.

Onun xidməti olan TikTok isə dünyanın ən bahalı startapı titulunu qoruyub saxlamağı bacarıb. İlin əvvəlində ByteDance şirkəti birjada ilkin yerləşdirmə haqqında düşünürdü. Agentlik yazır ki, hazırda isə onun maliyyə çatışmazlığı yoxdur. Belə ki, şirkətə SoftBank, General Atlantic və Sequoia investisiya edir.

Qeyd edək ki, ByteDance şirkəti təkcə TikToku deyil, Douyin əlavəsini, Toutiao xəbərlər aqreqatorunu, musiqi xidməti Resso-nu və digər layihələri idarə edir. Onun aylıq auditoriyası isə 1,5 milyard nəfərə qədər olan aktiv istifadəçilərdən ibarətdir.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün