Covid 19 pandemiyası ilə əlaqədər olaraq çətin günlər keçirən fiziki mağaza sahiblərinə onlayn alternativ gətirməyi planlaşdıran Facebook yeni servisi olan Facebook Shops təqdim etdi.


Facemark.az xəbər verir ki, məhsulları platformaya yükləmək, kataloqlar şəklində təqdim etmək və vurğulamaq kimi xüsusiyyətlərə sahib olan bu xidmətin kiçik biznesmenlərin probleminin həlli olacağı gözlənilir.


Onlayn ödənişlər hazırda yalnız ABŞ-da mövcud. Bununla birlikdə, Instagram, WhatsApp və Instagram Direct inteqrasiyası ilə Facebook Shops gələcəkdə daha geniş bir auditoriyaya yayılacağı gözlənilir.