cümə, 29 may 2020

“Twitter”də postlara cavab vermək məhdudlaşdırılır – Foto

155

Sosial şəbəkə Twitter müəlliflərə özlərinin postlarına gələn cavabları məhdudlaşdırmaq imkanı verəcək.

Facemark.az xəbər verir ki, bu haqda kompaniyanın özünün mikrobloqunda məlumat verilib.

İndi bir tweet dərc edərkən onun altında şərh yaza biləcək istifadəçilər kateqoriyasını seçmək mümkün olacaq. Bunun üçün sənin postunun altına kim şərh yaza bilər bölməsinə klik etmək lazımdır. Burada sizə iki variant təklif olunacaq. Birincisi “hamı”, ikincisi isə ancaq sizi izləyən insanlar.

Əgər postun müəllifi məhdudiyyət tətbiq edərsə, bu halda post hər kəsə açıq qalacaq, ancaq ona cavabı hər kəs verə bilməyəcək. Onlar ancaq postu layk və ya retvit edə biləcəklər.

Belə ki, bu yeni funksiyanı işə salanların əsas məqsədi ondan ibarətdir ki, istifadəçinin özü söhbətlərə nəzarət edə bilsin və xoşagəlməz cavablardan özünü qoruya bilsin. Hələlik, belə bir funksiya test edilir.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün