cümə, 29 may 2020

Asos karantində satışları artırmaq üçün özünün saytında AR-baxış funksiyasını əlavə etdi

139

Moda seqmentindəki onlayn mağazalar klidlənmə zamanı tələbin azalması ilə qarşılaşdılar. İnsanlar vaxtlarının çox hissəsini evdə keçirdiklərindən dolayı qarderoblarını yeniləmək haqqında düşünmürlər. Asos müştərilərin marağını yenidə cəlb etmək üçün yeni texnologiyalardan istifadə etmək qərarına gəlib.

Geyim üzrə riteyler Asos özünün platformasında geyimləri AR-texnologiyasının köməyi ilə nümayiş etdirmək qərarına gəlib.

Facemark.az xəbər verir ki, bu yenilik ilə onlayn-mağaza karantin dövründə satışları artırmağı planlaşdırır.

Karantin dövründə bir çox elektron ticarət saytı qeyri-müəyyən vəziyyət ilə üzləşib. Digər tərəfdən isə bazardakı bir çox rəqibin offlayn mağazalarının bağlanması müsbət hal idi.

Bundan başqa, geyim məhsullarına tələb azalmaqdadır. İnsanlar öz qarderoblarını yeniləmək haqqında düşünmürlər. Onlar fikirləşir ki, yaxın zamanda aldıqlarını geyinmək üçün yer olmayacaq. Ancaq epidemiyadan dolayı məhdudiyyətlər onlayn riteylerlərə yeni kolleksiyaların nümayişinə imkan vermir, bu isə vəziyyəti daha da ağırlaşdırırır.

Bu problemi həll etmək və auditoriyanın marağını yenidən cəlb etmək üçün isə Asos artırılmış reallığın imkanlarından istifadə etmək qərarına gəlib. Riteyler bu aləti İsrail şirkəti Zeekit-dən istifadə edir. Yeni funksiya potensial müştəriyə Asos-da olan altı fərqli kolleksiyadakıları “geyinməyə” icazə verir.

Bildirək ki, Asos daha əvvəl elan etmişdi ki, o AR texnologiyasından istifadə edəcək, ancaq pandemiyanın yayılması isə şirkəti bu həmləni daha tez reallaşdırmağa təşviq etdi.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün