Facebook şirkəti Creator Studio əlavəsindən istifadə qaydalarını yeniləyib.


Facemark.az xəbər verir ki, bu haqda kompaniyanın rəsmi bloqunda məlumat verilib.


İndi əlavədən desktopda Instagram-da paylaşımları etmək üçün istifadə etmək mümkün olacaq. Yeni format Facebook və Instagram hesablarını bir-biri ilə bağlayanlar üçün əlçatandır.


Hazırda kontenti Instagram lentində və IGTV -də uzun videolar paylaşmaq olur.


Həmçinin Creator Studionun şəxsi otağında paylaşımlar üçün layk, şərhlər və stories-in əhatə dairəsi haqqında informasiya mövcuddur.